AzeriBlog, xoş gəldin!
AzeriBlog saytı öz rəsmi fəaliyyətini bu gündən etibarən başladı.
Bir neçə ay, gecə-gündüz zəhmətlərdən sonra artıq AzeriBlog saytı mükəmməl bir şəkildə, öz pulsuz blog xidmətini siz əziz millətimizə və dünyada yaşayan azərbaycanlı soydaşlarımıza çox gözəl və faydalı imkanlarını təklif edir.
AzeriBlog saytının yaranma səbəblərindən biri də internetdə ana dilimizdə olan resursların daha da geniş şəkildə vüsət alması və inkişafından ibarətdir. Həmçinin ana dilimizin internet məkanında tanınmasında da müstəsna rol oynayacağımıza şübhə etmirik.
Biz əminik ki, sadaladığımız məqsədlərə nail olmaq üçün siz dəyərli istifadəçilərimiz bizə köməkliyinizi əsirgəməyərək, maraqlı məlumatlar, materiallar və xəbərlərlə öz şəxsi bloglarınızı işıqlandıracaqsınız. Həmçinin sizlərin təklifləriniz, iradlarınız və tənqidləriniz də bizim üçün dəyərlidir!
Bu gün Azərbaycan internet məkanında ilk milli blog sistemi olan AzeriBlog saytının doğum günüdür. Biz AzeriBlog İdarə Heyəti olaraq çalışacağıq ki, AzNet məkanında ilk addım olan bu günü xüsusi qeyd edərək, siz dəyərli istifadəçilərimizi sevindirək.
Saytımız bir neçə gün ərzində beta versiyası ilə fəaliyyət göstərəcək. Buna səbəb isə bəzi xidmətləri yoxlamaq, çatışmamazlıqları aradan qaldırmaq, qüsurlar varsa düzəltməkdən ibarətdir. Siz dəyərli istifadəçilərdən də xahiş edirik ki, əgər hər hansı bir problemlə qarşılaşsanız bizimlə əlaqə saxlayıb bildirəsiniz. İnşallah tezliklə saytımız heç bir problem olmadan, mükəmməl bir hala salınıb fəaliyyət göstərəcək.
Əziz ziyarətçilərimiz, “AzeriBlog”da blogunuz yoxdursa, bir dəqiqə ərzində bir bloga sahib olmaq imkanını qaçırmayın, peşman olmazsınız! Özünüzə məxsus şəxsi blog yaradaraq Azərbaycan internet məkanında blog mədəniyyətinin inkişafı üçün öz töhvənizi əsirgəməyin! Bir gün hər kəs blogcu olacaq! Uğurlar!
pulsuz sayt yaratmaq imkaniniz yoxdur? Men pulsuz sayt yaratmaq isteyirem
Avqust 5, 2007 20:50