Əziz blogcularımız və istifadəçilərimiz
Hər zaman sizə ən yaxşısını təqdim etməyə və xidmətdə sərhəd tanımamağa cəhd göstərmişik. Blogcularımız üçün Qurban Bayramı ərəfəsində yeni bir xidməti hədiyyə edirik. Artıq bundan sonra əsas səhifədə yuxarıda da gördüyünüz kimi "Alətlər" keçidi istifadəyə verilib.
Orada yeni alətlərlə bloglarınızı zənginləşdirə biləcəksiniz. Kiçik bir koddan istifadə edərək bunu blogunuzda reallaşdırmaq mümkündür. Yeni xidmətimiz isə "saat"lardır.
Ümid edirik ki, zamanı düzgün dəyərləndirib maraqlı materiallarla bloglarınızı zənginləşdirəcəksiniz. Zamanınız heç durmasın!
Uğurlar və mübarək olsun!
Əziz AzerBlog istifadəçiləri!
Artıq neçə aydır ki, saytımız heç bir sponsor və şirkətin dəstəyi olmadan öz fəaliyyətini göstərir. Saytımızın məqsədi və məramı Azərbaycan internet istifadəçilərinin sayını artırmaq, onlara pulsuz sayt yaratmaq imkanı yaratmaq, Azərbaycan internet məkanında ana dilli materialların, məlumatların sayını çoxaltmaq, həmçinin dilimizin inkişafına dəstək olmaq və bir çox xeyirli işlər olduğunu qeyd etmək bir daha yerinə düşərdi. Amma saytın hər ay maddi və texniki cəhətdən ödənməsi vacib olan məbləği var.
Bunun üçün hər bir AzeriBlog istifadəçisinin blogunda 120 x 240 reklam bölməsi yerləşdirmək qərarına gəldik. Ümidvarıq istifadəçilərimiz bizi anlayışla qəbul edər və öz dəstəklərini əsirgəməzlər. Onu da qeyd edək ki, saytın maddi çətinlikləri həll olunduqdan sonra bu reklam bölməsi ləğv olunacaq. Əgər sizlərində təklif, tənqid və ya məsləhətiniz varsa bizlərlə bölüşün.
Təşəkkürlər bizi seçdiyiniz üçün, uğurlar!