Bloglarda reklam xidməti
Əziz AzerBlog istifadəçiləri!
Artıq neçə aydır ki, saytımız heç bir sponsor və şirkətin dəstəyi olmadan öz fəaliyyətini göstərir. Saytımızın məqsədi və məramı Azərbaycan internet istifadəçilərinin sayını artırmaq, onlara pulsuz sayt yaratmaq imkanı yaratmaq, Azərbaycan internet məkanında ana dilli materialların, məlumatların sayını çoxaltmaq, həmçinin dilimizin inkişafına dəstək olmaq və bir çox xeyirli işlər olduğunu qeyd etmək bir daha yerinə düşərdi. Amma saytın hər ay maddi və texniki cəhətdən ödənməsi vacib olan məbləği var.
Bunun üçün hər bir AzeriBlog istifadəçisinin blogunda 120 x 240 reklam bölməsi yerləşdirmək qərarına gəldik. Ümidvarıq istifadəçilərimiz bizi anlayışla qəbul edər və öz dəstəklərini əsirgəməzlər. Onu da qeyd edək ki, saytın maddi çətinlikləri həll olunduqdan sonra bu reklam bölməsi ləğv olunacaq. Əgər sizlərində təklif, tənqid və ya məsləhətiniz varsa bizlərlə bölüşün.
Təşəkkürlər bizi seçdiyiniz üçün, uğurlar!
Salam, ugurlar. Amma biz blogcular da, xususile men ozumu nezerde tuturam materiallari yerleshdirmek ucun ve blogdan istifade ucun mueyyen meblegim gedir, yeni internet saati aliram, buna pul verirem ve ya kimse meqale verir ve bunun ucun bezen yol gedirem, ona gore de menim teklifim bu olardi ki, en cox baxilan 10 bloga elave olaraq reklam getdiyi ucun mueyyen meblegde pul verilsin. Bu daha guzel olardi. Ugurlar!
Dekabr 2, 2007 23:38