AzeriBlog sistemində mövcud olan fəal blogcular üçün hər il müsabiqə təşkil olunacaq və AzeriBlog saytının doğum günü (İyul 21) keçiriləcək tədbirdə müsabiqənin qaliblərinə müəyyən olunmuş, müxtəlif hədiyyələr veriləcək.
Hədiyyələr mobil telefonu, İpod MP3 player, Mobil üçün kontur, İnternet kartları, nəğd pul və s. mükafatlardan təşkil olunacaq.
20 blogcuya 20 hədiyyə:
• 5 blogcu, hansı ki, bloglarının dizaynı və səliqəsi həddən artıq əla olsun;
• 5 blogcu, hansı ki, blogları ən çox ziyarətçiyə sahib olsun;
• 10 blogcu, hansı ki, aşağıdakı kateqoriyalara sahib olsun:
1. Məlumatların və yazıların yenilənmə tezliyi
2. Məlumatların originallığı və yüksəklik səviyyəsi
3. Azərbaycan dilinin qrammatik qaydalarına riayət olunması
Mükafata nominant olmuş blogçu iddiaçılarının qalibləri, resursların virtual səsvermə və virtual jürinin səsverməsi nəticəsində seçiləcəklər və mərasımdə adları müəyyən olacaq və mukafatlanacaqlar.
Hamınıza bol məlumatlı, səliqəli və gözəl bloglar yaratmaq arzulayır və AzeriBlog tərəfindən mükafatlara sahib olmanızı diləyirik!
P.S. Müsabiqə üçün təklifləriniz, məsləhətləriniz, tənqidləriniz varsa buyurub şərhlər vasitəsiylə bizimlə bölüşə bilərsiniz.