Bloglarda Oğurluq!
Əziz istifadəçilər,
Bəzən blogçularımızın bəziləri (çox azı əlbəttə) bloglarında digər saytlardan və bloglardan yazıları necə var elə də götürüb öz bloglarında yerləşdirirlər! Yazını bütünlüklə götürüb heç bir istinad vermədən hər hansı sayt və ya blogda istifadə etmək nə əxlaqa, nə də müəllif hüquqlarına aidiyyatı var. Həmçinin AzeriBlog sistemi qanununa da ziddir!
Əslində blog onun üçündür ki, blogcu öz fikir və düşünələrini, bir gündəlik kimi qeyd etsin və əgər digər mənbələrdə dəyərli və maraqlı materiallar varsa da onlardan qısa sitat gətirərək istinad versin. Xəbəri digər resurslardan br növ oğurlamaqla nəyəsə nail olmaq olmaz! Əslində bir yazının bir neçə blogda yayınlanması həm zaman itkisi, həm də sistemdə boş-boşuna yer tutmaya səbəb olur. İndi siz təsəvvür edin ki, nə qədər bloglar var ki, digər bloglardan ancaq və ancaq “copy-paste” etməklə məşğuldurlar. Bu cür blogların nə sistemimizə, nə internet istifadəçilərimizə, nə də blog sahibinə xeyri var.
AzeriBlog qaydalarına əsasən hər hansı blog digər sayt və bloglardan istinadsız yazılar dərc etsə həmin blog bağlanacaq və hətta blgcunun hesabının silinməsi cəzası da mövcuddur. Amma bir qısa istinad, mənbə göstərilsə heç bir problemi yoxdur!
AzeriBlogun məqsədi və məramı bu cür oğurluqların qarşısını almaq, sistemdə faydalı, xeyirli yazıların yazılması, tanıdılması və qiymətləndirilməsi. Həmin yazılara və yazarlara sahib çıxmaqdır! Gəlin birlikdə bu cür oğurluq hallarına qarşı çıxaq və mübarizə aparaq və netimizi inkişaf etdirək!
Çox dəyərli və vaxtında yazılmış yazıdır. Təəssüflər olsun ki, Fərhad bəy, sizin bu yığcam, məntiqli və səlis fikirləriniz bəzilərinə heç cür çatmır və hər vəchlə öz oğurluqlarına bəraət qazandırmağa çalışırlar. Halbuki oğurluq oğurluqdur, onun başqa nə adı, nə dəlili ola bilər ki?! Atalarda gözəl məsəl var: özünə rəva görmədiyini başqasına rəva bilmə. Bu, ədalətin başlıca meyarıdır. Başqa bloq və saytlardan oğurluq edənlər bir anlıq düşünsünlər: onların öz yazılarını oğurlasaydılar, buna nə cür reaksiya verərdilər. Əlbəttə, mənfi. Onda gərək başqalarının etirazına da normal baxasan. Düz deyirsiniz, bu təkcə hüquq məsələsi deyil, həm də əxlaq və vicdan məsələsidir. Lap tutalım, mən sənin oğurluğundan xəbər tutmadım, bəs sənin öz vicdanın, ləyaqətin?! Belə görünür ki, bəziləri bloq yaradarkən Azeriblog-un qaydalarını oxumur, ya da onlara səthi yanaşırlar. Sayın Fərhad bəy, siz öz prinsipiallığınızla bu qaydaların sadəcə söz deyil, QANUN olduğunu sübut etdiniz. Buna görə sizə və İdarə Heyətinin bütün üzvlərinə dərin təşəkkürlər! Məşhur ifadəylə desək, Azeriblog bizim evimizdir, burada oğrulara, başqasının zəhmətini mənimsəyənlərə yer olmamalıdır.
Aprel 14, 2008 23:59