Həm siz qazanın, həm AzəriBlog!
FərhadAprel 15, 2008 17:03
Xatırlayırsınızsa bir neçə həftə öncə qeyd etmişdik ki, AzeriBlog sistemi maddi cəhətdən bəzi çətinliklərini yaşamaqdadır. Bizlər AzNet məkanında ilk ana dilli və yüksək keyfiyyətli blog sistemimizi açarkən daha çox ümidli idik və zənn edirdik ki, bizə kömək göstərənlər tapılacaq.
Əfsuslar olsun ki, sponsor axtarışlarımız da faydasız oldu! Həmçinin bloglarda reklam xidməti də özünü aktiv şəkildə göstərmədi. Bu xidmətə də meyl edən dostlarımız tapılmadı. Onu qeyd edək ki, bu xidmətləri verməklə həm xidməti verən bizlər, həm də xidməti alan sizlər də faydalanmış olurduq.
Növbəti xidmətimiz isə ondan ibarətdir ki, əgər kimsə AzeriBlog saytına reklam müştərisi taparsa, tapan şəxsə reklam gəlirlərinin 20%-i veriləcəkdir.
Vurğulamaq istərdik ki, maddi çətinlik çəkməyimiz AzeriBlogda yeniliklərin səngiməsinə səbəb olacaqdır. Bu da heç kimə fayda gətirməz. Siz istifadəçilərimiz və ziyarətçilərimiz maraq və həvəs göstərsəniz həm siz qazanarsınız, həm AzəriBlog qazanar, həmçinin AzNetimiz qazanacaqdır!
Şərhlər(8)
842 oxunma
Azəri blog xəbər
azeri blog reklam qazanc


Salam Hormetli azeriblog.com,menim fikrimce sizin bu cehdinizin de neticesi gozlenilen olmayacaq,siz ancaq gerek real shekilde,yeni real heyatda sponsor axtarasiniz,inaniramki bunun neticesi olacaq
Aprel 16, 2008 21:14