Reklam verin!
Azərbaycan dilində ən çox ziyaratçısı olan sayta sizin dəstəyiniz lazimdir!

Xəbərlər

Azəri Blog rəsmi xəbər blogu

Blog Haqqında

Fərhad
Azəri Blog sisteminin rəsmi xəbər blogına xoş gəlmisniz!
Bu blogda sistemin idarə heyəti tərəfindən, Azəri Blog barsində müxtəlif movzularda o cümlədən sistemin yeni imkanlarının təqdimati, istifadəçilərə xabardarlıq və digər zəminələrdə xəbərlər yazılacaq.

Axtarış

Keçidlər

Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 4734
  • Dünənki hit: 131
  • Bugünki hit: 59
  • Ümumi hit: 83310

Müxtəlif

Virtual tanışlıqadan real dostluğa!

Fərhad
Aprel 16, 2008 22:52

Əziz Blogçular,

Azerbaijani Bloggers MeetingSiz nə vaxtdır blogda yazırsınız? Gündə neçə dəfə blogunuza baxırsınız? Gündə hansı ‎blogları ziyarət edirsiniz? Neçə blogun yazarını yaxından tanıyırsınız? Neçə blogu öz ‎dostunuz kimi blogunuza əlavə etmisiniz? Onları sizə maraqlı olduğuna görə  blogunuza ‎əlavə etmisiniz yoxsa həmin blogun yazıları sizə maraqlıdır ona görə? Bu və digər ‎sualların cavablarını ətraflı olaraq müzakirə etmək üçün blogçuların ilk real görüşünə ‎hazırsınızmı?‎

AzəriBlog artıq 10 aydır ki, fəaliyyətdədir. Bu yazını yazmaqda məqsədimiz AzəriBlog ‎İdarə Heyəti ilə siz hörmətli blogcuların real olaraq görüşünü təyin etməkdir. Bu görüşdə ‎yaş, cins, peşə fərqi olmadan AzəriBlog blogcularının bir-biri ilə yaxından tanışmasını ‎reallaşdırmaqdır. Görüş ərəfəsində maraqlı söhbətlər, faydalı məsləhətlər, tənqid və ‎təkliflər müzakirə olunacaq. Bu görüşdən məqsəd sırf yaxından tanış olmaq və ‎‎“AzəriBlog”umuzun inkişafı və təkamülüdür!


İndi siz dəyərli blogçulardan görüş üçün bir neçə sual soruşulacaq ki, xahiş edirik bu ‎suallara şərhlər bölməsində cavab yazasınız:

‎-‎    Bu görüşdə iştirak edəcəksinizmi? Əgər cavabınız müsbətdirsə ad, soyad və ‎blogunuzun adını yazın.‎
‎-‎    Bu görüş üçün hansı günü və tarixi münasib bilirsiniz? Bazar günü aprel ayının ‎‎27-si, Bazar ertəsi aprelin 28-i,  çərşənbə axşamı aprelin 29-i yoxsa çərşənbə günü ‎aprel 30-u?‎
‎-‎    Görüş məkanı üçün haranı təklif edirsiniz? (Biz Milli park, bulvarda olan ‎kafelərin birini məsləhət bilirik)‎
‎-‎    Görüş axşam saat 18-dən 20-dək olacaq. Razısınızmı?‎

Bir həftədən sonra sizin şərhlərinizə əsasən qərarın dəqiq günü, məkanı və saatı məlum ‎olacaq və bu yazıda əlavə olunacaq. Xahiş olunur bloglarınızda bu barədə digər ‎blogçuları da xəbərdar edin.‎

Hamınızı səbrsizliklə gözləyirik!

Əlavə 1: (Aprel 17)

Xahiş edirik ki, görüşə qatılacaq dostlar bu işə ciddi yanaşsınlar. Görüşə qatılma ehtimalı az olanlar isə bu siyahıya qatılmasalar daha yaxşı olar. Çünki görüşün rəngarəng və maraqlı keçməsi üçün bəzi tədbirlər həyata keçiriləcək.

‎Əlavə 2 və son (Aprel 21)

Əziz blogcular,
Şərhlərin və müzakirələrin nəticəsi olaraq Bazar günü, aprelin 27-si Sahil bağında (köhnə 26-lar heykəlinin qarşısı) saat 18:00 – dan 19:00-a qədər AzeriBlog forumçularının və digər sistemtlərdə fəaliyyət edən blogçuların ilk real görüşü təşkil olunacaq. İmkanı, marağı və zamanı olanlar buyurub gəlsinlər. Görüşənədək!

Ətrafli məlumat üçün:
Tel: 055 720 30 01, adı: Turxan
Gerb
E-Mail : info@azeriblog.com

AzəriBlog İdarə Heyəti



Şərhlər(50)
2276 oxunma
Azəri blog xəbər
azeri blog tanishliq tanışlıq göriş 

1
Rashad yazıb:

Aprelin 27-de saat 18:00-da Fevvareler Meydanindaki McDonalds'in qabaginda gorushek.

http://chingizart.azeriblog.com

Aprel 17, 2008 0:24
2
RUAFRAY yazıb:

Salam Fərhad. Çox düzgün verilən bir qərardır. Söhbəti uzatmadan keçirəm əsas məsələyə :

1. Mütləq iştirak edəcəyəm. Mən RAUFRAY. Bloqum www.raufray.wordpress.com ( Google Rank 4 smile )

2. Bazar günü olsa daha münasibdir. Amma, digər günlər də olsa iştirak edərdim.

3. Şəhərin mərkəzində sakit bir yer olmağı kifayətdir.

4. 18:00-20:00 en uygun zamandır.

Uğurlar.

Aprel 17, 2008 0:28
3

http://www.youtharea.wordpress.com

Menimcun ferq etmez.Gelib istirak ederem.

Aprel 17, 2008 1:00
4

Salam, Ferhad. men gelmek isterdim. maraqli olar burdaki bezi bolgculari realda gomek. rolleyes bazar gunu daha meslehetli olar, zennimce. gorush vaxti munasibdir. gorush mekanini ise hami nece men de ele. cool

Aprel 17, 2008 1:14
5
Mayis yazıb:

Salamlar mən təkliflərin hansı qəbul olunsa razıyam.wink
Çünki saatın 18.00 olması istənilən halda sərf edir.

Görüşmək üzrə....

Aprel 17, 2008 9:13
6

Salam.Cox yaxsi fikirdir.Mende iwtirak etmek isterdim(.Ireli IT departament.)Blogum:www.nextaz.wordpress.com,Saytim:www.baku-az.tk,www.birlikde.tk ve.s.Goruw bazar gunu olsaydi yaxsi olardi menim fikrimce.

Aprel 17, 2008 9:28
7

Salam aleykum, mene istenilen vaxtda ve istenilen yerde gorushmek serf edir, esas odur ki, axsham saat 6-dan sonra olsun. Eslinde bu cox guzel teklifdir ve men cox xahish edirem ki, qabaqcadan mene zeng edib bildiresiniz. Telefonum 0503365124

Aprel 17, 2008 9:37
8
Ryabina yazıb:

Bəs mən, uşaqlar?
Axı mən gələ bilməyəcəyəm?!
Lənkərana nə vaxt gələcəksinizsə, deyin, o zaman mən də qatılım...-))
bir yerə yığışacaq bütün dostlara salamlarımı göndərirəm...

Aprel 17, 2008 9:54
9
Ferid Hesenov yazıb:

Salam.Bu görüşdə mən də iştirak etmək istərdim.
Blog:31mart.wordpress.com
İRƏLİ ÜGH İT Deparament

Aprel 17, 2008 11:21
10
Fərhad yazıb:

Məndə varam, hər zaman olur olsun grin

Aprel 17, 2008 11:45
11
Aytəkin yazıb:

Mekana gelince ise, bunu buraxiram centlemenlerin ohdesine, inaniramki, onlar en layiql ve munasib yeri sececekler!

Aytekin Aliyeva,
http://freeexpression.azeriblog.com

Aprel 17, 2008 11:54
12
eyvaz yazıb:

Her birinizi salamlayiram! Cox gozel teklifdir! Men de bu teklifle size muraciet etmek fikrinde idim. Nezere alaq ki bir cox ishtirakcilarin vaxt mehdudiyyeti var. buna gore de men teklif ederdim ki bazar gunu olsun. Yerin harda olmasi o qeder de onemli deyil esas odur ki muzakire aparmaq olsun! Hormetle, Eyvaz Qocayev
eyvaz.azeriblog.com
eyvazqocayev@yahoo.com

Aprel 17, 2008 11:58
13
kebuter ve Rebiqe yazıb:

Biz de ishtirakci olmaqdan memnun olardiq amma hokmen bazar gunu

Aprel 17, 2008 12:06
14

Bəlkə elə Lənkəranda yığışaq? Ryabina da qatılsın deyə. Şəxsən mən Lənkərana getməyə hazıram!

Bakıda isə... axşam 18:00 - yaxşı vaxtdır. Harada olsa, gəlməyə hazıram! Amma bir çay içiləsi yer olsa, lap əla!
Şəxsi tanışlıq mütləq lazımdır. Virtual tanışlıq - uşaq oyuncağıdır, bizsə artıq böyümüşük axı, deyilmi?! smile

Aprel 17, 2008 12:17
15
Kamran yazıb:

ayın 27 daha yaxşıdı . Mən 4 mikrarayonda Heydər parkının zirvəsini təklif edirəm ora Yeganə şadlıq sarayının yanında. Saat 17 00

Aprel 17, 2008 12:35
16
Ferid yazıb:

MEN FERID. GENC LIDERLER USAQ TESKILATININ REHBERI. AYIN 27 SI 18.00 DA MILLI PARKDA OLMASI ARZU EDILENDIR! www.liderler.azeriblog.com

Aprel 17, 2008 14:39
17
Bayraqdar yazıb:

mende gelerem vaxdin ferqi yoxdu redface redface

Aprel 17, 2008 17:38
18
yamehdi yazıb:

Men Eldeniz. Blogum-www.yamehdi.azeriblog.com
MEN MUTLEQ GELECEM AYIN 28-i saat 18:00 da Bakida harda isteseniz gorusek.Sakit bir yer olsa lap yaxsi olar.
Amma men belke birez tez getdim namazlarida fikirlesmek lazimdi.Hamiya ugurlar.ALLAHA emanet olun.

Aprel 17, 2008 17:52
19
Ali Aliyev yazıb:

Ali Aliyev.blogum www.iitd.wordpress.com .bazar gunu olsaydi yaxsi olardi menim fikrimce.

Aprel 17, 2008 18:07
20
Yuksal yazıb:

Yuksal Imanov.
mence hami ucun daha rahat ve serfeli vaxt bazar gunudu.amma yene de ne vaxt olsa raziyam.
Ugurlar Haminiza.

Aprel 17, 2008 19:14
21
Ramzes yazıb:

Bazar gunu saat 18.00 Bulvarda. en uygun vaxt ve en uygun yerdir! Mutleq gelecem! tel: 070 777 0 789

Aprel 17, 2008 20:08
22

bu arqada unutmushdum blogumu yazmaga. confused blogcu.azeriblog.com

Aprel 17, 2008 20:31
23
Niyam yazıb:

Gəlmək istərdim, amma bir az uzaqdayam, bir az uzaqda. Bütün görüş iştirakçılarına öncədən salam göndərirəm. www.gozel.azeriblog.com

Aprel 17, 2008 21:31
24
namiq yazıb:

Ne vaxt olsa problem olmaz. Amma yaxwi olardi ki, bazar gunu olsun.Ve birde weherin merkezi olsa lap yaxwi olardi...

Aprel 17, 2008 22:34
25
zaur yazıb:

Bir bazar gunu var)) onu da hech olmasa ailemize hesr edek shocked
1-6-ci gunler saat 18-00-dan sonra hara desez gederem.

Aprel 18, 2008 8:35
26
muselman yazıb:

Salam.
Düzü istəyərdim ki, inşallah blogchularla birlikdə Qarabağda təbiətin qoynunda görüşək və bir-biirmizi tanıyaq.
Hələlik bu şərəfə nail olmadığımızdan məcburuq ki, Bakıda müəyyən bir yerdə görüşək.
Əslinə qalanda istənilən bir bloqçu istədiyi bloqçuyla görüşə bilər. Məsələn biz müəyyən bloqçuyla gorushende bunun uchun myyen tedbirin olmasini shert qoshmadiq. Mence kim isteyirse bunu ferdi de ede biler.

Aprel 18, 2008 10:55
27
EsmaNur yazıb:

Men de gelmek isterdim.Azerbaycanda deyilem amma sad
Heç olmazsa şekiller çekdirin azeriblogda yayımlansın,söhbetlerinizden yazarsınız ki,gele bilmeyenler de gelmiş kimi olsunlar wink

Aprel 18, 2008 11:25
28

Bir de salam hormetli hemkarlar smile Dunen problem oldugu uchun mektubum tam catmayib.‎
En choxu 10 aydirki, virtual olaraq emekdashliq edirik! Hamini bir arada gormek chox xoshdur.‎

Farid,‎
size teshekkur ediremki, bele gozel bir teklifi ireli surubsuz ve bizlerin bir arada olmasi ‎imkanini verirsiz. Aferin size!!! smile

Mence, 28 Aprel olsaydi mence daha yaxshi olardi cunki hemin gun 2 qat bayram olmaq ‎shansim var smile
Amma her kesin vaxtina ve teklifine sayqim var, odurki, ses choxluguna hormetle yanashib, ‎inshALLAH, yekun olunan gunde emekdashlarla yaxindan tanish olacagam.‎
Yer meselesine gelince ise, bunu buraxiram centlemlerin ohdesine. Inaniramki, onlar en munasib ‎ve layiqli mekani sececekler smile

Aytekin_LAnkaran
freeexpression.azeriblog.com

Aprel 18, 2008 11:33
29
LEYLA yazıb:

Gelerem ama tek deyil nisanlimla. olar? smile

Aprel 18, 2008 18:33
30
Fərhad yazıb:

Leyla xanım olar. niyə olmasın ki wink Nişanlınlada tanış olarıq smile

Aprel 19, 2008 7:58
31
RAUFRAY yazıb:

Beləliklə, görüşümüzün vaxtı nə vaxtdır ? smile

Aprel 19, 2008 22:04
32
ferhad yazıb:

Rauf inşallam Aprelin 22 sində məlum olacaq.

Aprel 19, 2008 22:20
33

Onda daha keçib, olar, mən də arvad-uşağı yığım gətirim? lol

Aprel 20, 2008 14:02
34
Pərviz yazıb:

Salam, bəylər, xanımlar! Hər təklifdə bir maraqlı tərəf var.
Vüsal bəyin zarafatı, Cavidanın orijinallığı isə həmişəki kimi yerindədi.
Məncə, ən uyğun gün bazar günüdü. Yeganə istirahət və ailə üçün ayırdığımız gün olsa da, əslində bu günləri elə bloqa həsr eləyirik. Ona görə də həmin bazarı virtual yox, gerçək bloqa və bloqçulara ayırmaq pis olmazdı.
Mənim bloqum - ichiche.azeriblog.com.
Hamıya uğurlar!

Aprel 20, 2008 20:57
35
Zaur yazıb:

shocked Bilirsiniz Soros Fondu qrant elani edib. Bloglarin inkishafi da orada nezerde tutulub. 5min$ verirler. Belke layihe yazib Azeriblogu daha da tekmlishedirek?

Aprel 21, 2008 9:37
36
fərhad yazıb:

Zaur müəllim çox saq olun amma, ora iştirak etmək üçün təşkilat filan lazimdi. bizim hələ təşkilatımız yoxdu. wink

Aprel 21, 2008 10:57
37
lyrics yazıb:

Lyrics.azeriblog.com mütləq iştirak edəcəm
bazar günü 28-i
Məncə McDonaldsda olsa yaxşı olar.
saatda 19:00.
Ferhad 22-si ad günümdü.yəni padarkanan gələrsiz wink

Aprel 21, 2008 11:38
38
Zaur yazıb:

Salam
http://www.osi-az.org/cm131az.shtml
mence bunun uchun teshkilat tapmaq olar

Aprel 21, 2008 11:44
39
lyrics yazıb:

Bir şeyi başa düşmədim ki,bu görüşdə yalnız azeriblog istifadəçiləri olacaq,yoxsa Azərbaycanın virtual məkanında olan bütün bloq istıfadəçiləri?Bilirsiz niyə yazdım? çünki yuxarıdakı şərhlərdə tam başqa bloqlar var
www.lyrics.azeriblog.com

Aprel 21, 2008 18:38
40
xaqani yazıb:

salam millet mende bu gorushe qatilmaq, istrdim , qrant haqqinda melumatim var,teshkilatda ki, problem deyil, menim teshkilatim var,layihe yazsaq oteshkilatin adindan vermek olar.

Aprel 21, 2008 21:21
41
Turxan yazıb:

Bazar günü saat 6-da SAHİL bağında görüşmək daha məqsədəuyğundur...

Aprel 21, 2008 21:22
42
Yuksal yazıb:

salam.Mence her sey yaxsi oldu.amma 1 saat mence cox azdismile

Aprel 21, 2008 23:36
43
Bayraqdar yazıb:

goruserik grin grin

Aprel 22, 2008 10:06
44
Samir yazıb:

Salam mən http://azerihacker.azeriblog.com/ blogunun Adminiyəm.İnşallah bir problem olmasa Aprelin 27-si görüşə gələcəm.

Aprel 22, 2008 10:32
45
cabir yazıb:

mutleq gelecem men burda istirak edecem ok wink

Aprel 22, 2008 13:05
46

SALAM AZERIBLOG EHLI!!!!!!!!!!!Necesiz? Teklifiniz SUPER! Amma belke men istirak ede bilmedim. Amma yene de aprelin 30-u ya da mayda olsa yaxsi olar. Yerini ise baxin da, nece meslehetdi.
Ha bir de teklifim budur ki, Azeriblog rehberliyi bizlere tel. nomrelerini gondersin, orda ola bilmeyenler virtual olaraq qosulsunlar. KISS ALL! Bye!!!!!!!!!!!

Aprel 22, 2008 18:41
47
fərhad yazıb:

Muradın diyəsən heç xəbərdən xəbəri yoxdur! qardaşım hər şey məlum olub e xəbərin altında əlavə olanlara bir bax. məlum olandan sonra təklif vermək nə olsun grin

Aprel 22, 2008 19:24
48
ilkin yazıb:

salamlar bu gorus coxdan olmaliydi. insallah goruserik. smile smile

Aprel 25, 2008 16:10
49
Turan yazıb:

Salam azeriblog heyetine...
inaninki men bu blog acilan gunden bele sheyi dushunurdum goruremki artiq reallashmaq uzredi.men shad oldum..Heyete teshekkurler... mence bazar gunu saat 18.00-19.00 Nizami kucesindeki MCdonaldsda....
Gorushe geldikde ise her zaman varam

Aprel 25, 2008 18:36
50
RAUFRAY yazıb:

Görüş əla keçdi. Hər kəsə təşəkkürlər.

http://raufray.wordpress.com/2008/04/27/azeri_bloggers/#comment-728

Aprel 28, 2008 1:57

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog