AzəriBlogın ad günü mübarək!
Fərhadİyul 21, 2008 0:00
AzəriBlog saytının fəaliyyətindən artıq 1 il keçdi. Və bu gün yəni 21 iyul AzəriBlogun doğum günüdür. Bu günü dəyərli istifadəçilərimizə təbrik edir və onların keçən ildə bizə dəstək olduqları üçün təşəkkür edir və öz minnətdarlığımızı bildiririk.Bu keçən bir ildə AzəriBlogun çoxlu nəaliyyəti oldu və demək olar ki, ilk il AzəriBlog üçün uğurlu bir il kimi keçdi. Arada bəzi problemlər də oldu amma bunların hamısı AzəriBlogun uğurları arasında itəcək və gözə görsənməz.
Öncədən qeyd etdiyimiz kimi, gərək bu gündə bir mərasim qeyd oluna və AzəriBlogun ilk ad günü rəsmi surətdə blog istifadəçiləri arasında təntənəli bir marasımdə keçiriləydi və bu gündə AzəriBlogun ilk ilinin ən yaxşi blogları da təqdim oluna və onlara mükafatlar və hədiyyələr veriləydi. Amma bəzi problemlərə görə o cümlədən mərasim üçün sponsorun olmamağı və bu barədə maddi ehtiyacların təmin olunmaması ən əsas problemimizdir.
Buna görə belə fikirləşdik ki, AzəriBlogun ilk ad günü mərasimi olmasın və inşallah ikinci ildə bu mərasim qeyd olunsun və bizdə indidən o gün üçün imkanlarımızın olmasını dua edək.
AzəriBlog sisteminin ilk blogcular müsabiqəsində elə saytın ikinci ad günündə qeyd olunacaq və müsabiqə bərpa olacaqdır.
İndi biz AzəriBlog sisteminin yeni imkanlarını yaradır, inkişaf etdiririk. Sayta yeni dizayn hazırlayırıq və inşallah iki-üç aydan sonra AzəriBlog sisteminin yeni versiyası aktiv olacaq ve sayt artıq betadan çıxacaq.
İlk ildə fəaliyyətimizdən çoxlu dərslər aldıq, istifadəçilərimizdən çoxlu şeylər öyrəndik və təcrübələrimizi artırdıq. Ümid edirik ki, yeni ildə bütün fikrimizdə olan planları sistemdə reallaşdıraq və bütün planlarımız uğurlu getsin.
Yazının sonunda yenə də saytın genişlənməsində və popular bir sayt olmasında etdiyi köməklərə və dəstəyə görə öz dəyərli dostlarımıza, AzəriBlog sisteminin əziz istifadəçilərinə dərin minnətdarlığımı bildirir və onlara təşəkkür edirəm. İnşallah saytın yeni il fəaliyyətində əziz istifadəçilərin yardımları bundan da artıq olacaq və saytımız günbəgün inkişaf edəcəkdir.
Bütün istifadəçilərimizə bu günü təbrik edərək onlar üçün bütün sahələrdə uğur arzulayıram.
Fərhad Əsgərzadə
Şərhlər(25)
742 oxunma
Azəri blog xəbər
azeri blog ad-günü


Ad gunun mubarek,
İyul 21, 2008 8:52Ferhad bey ve bizim Azeriblog
Men chox sevinrem ki, Azerbaijanda bu xidmeti teklif eden sayt var. Biz bunun vasitesile ozumuz oyrenir ve bir az boyuk chixsa da kimlerise de oyrerdirik. Peygemberimizin bir sozu var "qebir evinecen oyrenin" bax bu missiyada bize Azeriblog oz desteyin gesterdi. Demek Ferhad bey Sizin yeriniz indiden cennetde hazirdi
Size ve blogumuza ugurlar
Hormetle, Zaur
PS: Teklif edirem Alman xalqinin tarixe qoydugu gezel eneni bizde de davam etdirerek Blogumuzun ad gunun birge qeyd edeyin