Reklam verin!

Xəbərlər

Azəri Blog rəsmi xəbər blogu

Blog Haqqında

Fərhad
Azəri Blog sisteminin rəsmi xəbər blogına xoş gəlmisniz!
Bu blogda sistemin idarə heyəti tərəfindən, Azəri Blog barsində müxtəlif movzularda o cümlədən sistemin yeni imkanlarının təqdimati, istifadəçilərə xabardarlıq və digər zəminələrdə xəbərlər yazılacaq.

Axtarış

Keçidlər

Sayqaç

  • İndi blogda: 4
  • Keçən ayın hiti: 4734
  • Dünənki hit: 131
  • Bugünki hit: 61
  • Ümumi hit: 83312

Müxtəlif

Sayt qeydiyyat prosesində yeniliklər

Fərhad
İyun 26, 2009 18:47

Əziz dostlar, bir neçə gün saytın qeydiyyatdan keçmə prosesində problemlər varidi, amma indi bütün problemlər artiq həll olunub.

Həmçenin bundan sonra qeydiyyatdan keçən zaman E-mail ünvanından aktiv etmək artiq lazim deyil. yeni istifadəçilərimiz 1 dəqiqə ərzində blog yaradıb blogların idarə edəbilərlər.

 



Şərhlər(0)
56 oxunma
Yeniliklər

Saytda qeydiyyat problemli

Fərhad
İyun 17, 2009 13:39

Əziz yeni istifadəçilərimiz

AzəriBlog saytınıda yeni qeydiyyatdan keçib, AzəriBlog ailəsinə qoşulmaq istiyənlər üçün problem yaranıb. Sistemdən aktivlik kodu üçün göndərilən email, yeni qeydiyyatdan keçən istifadəçilərin E-mail ünvanlarına getmir!

Bu problemi aradan qaldırmaq üçün çalışırıq. amma o istifadəçilərdən ki artıq qeydiyyatdan keçiblər və onlara aktivlik kodu çatmayıb, xahiş olunur istifadəçi adların və ya blog ünvanların bizə göndərsinlər ki biz hesablarını aktiv edək. (elimizonline@gmail.com)

Əlavə etməyim lazimdir ki çalışırıq qeydiyyatdan keçmə prosesi rahatlaşdıraq.



Probleminiz varsa yazın(2)
144 oxunma
Azəri blog xəbər
qeydiyyat 

“20 yanvar” faciəsini bigə xatırlayaq!

Fərhad
Yanvar 13, 2009 14:44

Hormətli, Azəriblogçu dostlar!

AzerbaijanBildiyiniz kimi qarşıdan 20 Yanvar faciəsinin 19-cu il dönümü gəlir. 1990-cı ilin 20 yanvar tarixi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız 20 yanvar faciəsini və bu faciənin qurbanlarını unutmur.

20 yanvar ərəfəsində dövlət təşkilatları, qeyri hökümət təşkilatları və eləcə də KİV müxtəlif tədbirlər həyata keçirir və yaxud 20 yanvar tarixində Şəhidlər xiyabanına birgə ziyarət təşkil edirlər.

Biz bloqçuları da birləşdirən məhz “Azəriblog”dur. Dəyərli blogçu dostlar, mən təklif edirəm ki, biz – Azəriblogçular 20 yanvar ərəfəsində (20 yanvar günü də ola bilər bundan öncəki tarixdə də) bir araya gələk və şəhidlərimizin ruhuna öz ehtiramımızı bildirək.

Mən təklif edirəm ki 19 və yaxud 20 yanvar tarixində “Azəriblog”çular birlikdə Şəhidlər Xiyabanını ziyarət edək. Əgər sizin də hər hansı bir təklifiniz varsa müzakirə edək və ortaq bir qərara gələk.

Hörmətlə, Eyvaz Qocayev

Əlaqə üçün: Tel: (055) 794 64 96

Təkliflərinizi yazmaqi unutmayin!

Elavə

Tarix:           19 Yanvar

 Saat:           12:00

Görüş yeri:  Şəhidlər Xiyabanının girişində

Hörmətli Dostlar, AzəriBlogçularla  müzakirələrdən sonra qərara aldıq ki, 20 yanvar faciəsini birgə xatırlamaq üçün 19 yanvar saat 12:00 –da Şəhidlər Xiyabanının girişində görüşək və Şəhidləimizi birgə xatırayaq!  Əgər siz də bizə qoşulmaq istəyirsinizsə 19 yanvar saat 12-də Şəhidlər xiyabanının qarşısına gəlməyi unutmayın!

Əlaqə saxlamaq üçün: Tel: (055) 794 64 96 (Eyvaz Qocayev)

 



Şərhlər(12)
820 oxunma
Münasibətlər
20-yanvar 

AzəriBlog yeni serverə köçürüldü!

Fərhad
Dekabr 23, 2008 15:10

Hörmətli istifadəçilər,

Keçən bu üç-dord gün ərzində saytda olan problemlərə görə sizlərdən üzr istəyirik.

AzeriBLogın Yeni serveriOrtaya çıxan problemlər və saytın durdurulmasının səbəbi ElimizOnline olarak serverimizin dəyişilməsidir. Bütün bu dəyişikliklər saytların daha rahat, daha tez və keyfiyyətli işləməsi üçün və yeni imkanların əlavəsi üçün vacibdir.

Amma onu qeyd etmək istərdik ki, saytlar və bloglar artıq yeni serverdə fəaliyyət göstərir. Bütün Azərbaycan internet istifadəçilərinə və AzeriBlog üzvlərinə uğurlu və mübarək olsun!

"Yeni serverimiz əvvəlki serverdən iki qat daha güclü, keyfiyyətli və səmərəlidir!"

Ümidvarıq bu yeni serverin ayağı düşərli olar və həm bizim üçün, həm də siz dəyərli istifadəçilərimiz üçün ən xeyirlisi olar və sizlər də razı qalarsınız.

Hörmətlə,

ElimizOnline İdarə Heyəti

Şərhlər(17)
790 oxunma
Azəri blog xəbər
server hosting yeni 

AzəriBlog Oktyabr ayında

Fərhad
Noyabr 12, 2008 12:05

Əziz dostlar, blog həvəskarları və AzəriBlog fanatları. Xanımlar və cənablar!

Bundan sonra AzəriBlog sisteminin ötən aydakı statistikasını Google Analytics (Dünyanın ən güclü və məşhur statistika sistemi) sayğac sistemində araşdırıb rəsmi xəbər blogunda  yerləşdirəcəm və və bu barədə izahlar yazacağam.

Oktyabr ayında demək olar ki, sistem normal işləyib. Statistikaya əsasən saytı ziyarət edənlərin sayı kəskin surətdə dəyişməyib: 

 AzeriBlog Oktyabr ayında

Ötən müddət ərzində sistemdə ziyarətçilərin Host (İP) sayı 55008000 arasında dəyişib.

 

Gördüyünüz kimi, oktyabr ayında 199,866 Host (İP) və 534,365 Hit (Page Views) olub. Hər hostdan gələn ziyarətçi 2.67 Hitə sahibdir.

 

 

 

Oktyabr ayında bloglara gələn ziyarəçilərin 45.77%  axtarış sistemləri və saytlardan (əsasən Google axtarış saytınd) daxil olublar. Bu statistika sistemimizin SEO cəhətdən nə qədər yüksək vəziyyətdə olduğunu göstərir. Ziyarətçilərin 37.03% müxtəlif bloglar və saytlarda olan keçidlər vasitəsilə, 17.12% müstəqil surətdə və 0.08% isə başqa yollarla AzəriBlog bloglarına daxil olublar.

 

 

 

Hörmətli dostlar, aşağıdakı statistikaya əsasən keçən ayda (Oktyabr 2008) 137 821 nəfər (Absolute Unique Visitors) AzəriBlog saytını ziyarət edib. Bu bizim sistem üçün çox əla bir rəqəmdir.

Aşağıdakı statistika ziyarətçilərin hansı Brauzerdən istifadə etdiyini və və onun sayğacını göstərir:

Həmçinin bu yazı dərc olan zamana kimi AzəriBlog istifadəçilərin sayı belədir:
İstifadəçilər:6237  Qeydiyyatlarını aktiv edənlər:5901 və Qeydiyyatların aktiv etməyənlər:336. Blogların ümumi sayı:7170

Bu yazı dərc olunan vaxta kimi bloglarda açılan bölmələrin sayı:15157, Bloglardakı yazıların sayı:67337, blog yazılarında şərhlərin sayı:42591 və bloglarda digər saytlar və digər sistemdəki bloglara keçidlərin sayı:6696-dan ibarətdir.

Ümidvarım ki, qeyd olunan statistika istifadəçilərimiz üçün faydalı olacaq və AzəriBlogun gündən-günə genişlənməsi və Azərbaycanda inkişafına kömək olacaq.

Mayısdan bu yazıda etdiyi köməklər üçün minnətdaram.



Şərhlər(6)
647 oxunma
Azəri blog xəbər
azəriblog statistika sayqaç reklam inkişaf 

Yeni super 40 stil ilə sizlərlə bərabərik!

Fərhad
Avqust 30, 2008 23:14

Dəyərli istifadəçilərmiz , hamınızı salamlayırıq!‎

Artıq yeni stillər sistemə əlavə olundu, 10 yox, 20 yox, birbaşa 40 yeni stil!‎

Blog StilləriYeni stillərimizdə çalışmışıq ki, SEO xidmətinə tam surətdə uyğun olsun ki, blogların ‎yazıları ən qısa ‎zamanda axtarış sistemləri o cümlədən Googledəki axtarış səhifədə peyda olsun. Və bu ‎səbəb olacaq ki, ‎yazılarınız axtarış nəticələrində ilk səhifələrdə nümayiş olsun və ‎bloglarınızın ziyarətçiləri artsın.‎

Sistemdəki köhnə stillərdə də bu yenilikləri edib sistemdə yenidən yerləşdirəcəyik.‎

Əziz dostlar system kodlarında SEO üçün dəyişiklər olub, ona görə əgər bu işdə ‎peşəkar deyilsinizsə, xahiş ‎edirik kodlarda dəyişiklər etməyin. Həmçinin ‎istifadəçilərimizdən istəyirik ki, yad scriptlərdən bloglarında ‎istifadə etməsinlər, çünki ‎bəzən bu scriptləri təklif edib və yaradanlar script vasitəsiylə bloglarda reklamlar ‎‎nümayiş edirlər və blogların dizaynı korlayırlar, bu da sizin bloga çox mənfi təsir edir.

Həmçinin yeni stillərdə XəbərNamə və bəzi məşhur keçid paylaşma saytlarının ‎düymələri hər yazının altında ‎yerləşib ki onların vasitəsiylə blog sahibləri və ya ‎ziyarətçiləri yazıları bu sistemlərə göndərə bilərlər və bu ‎saytlar və sistemlərdən bloglar ‎üçün ziyaratçi qazana bilərlər.‎ Əlavə olaraq da öz bloglarındakı yazıları bir ‎çox məkanda bir çox insanlarla bölüşə bilərlər!


AzəriBlogda yeniliklər davam edəcək. ‎

Hörmətlə,
AzəriBlog İdarə Heyəti

Şərhlər(5)
321 oxunma
Yeniliklər
stil dizayn tema blog şablon 

Azeriblog admininin Qaynar xəbər saytına müsahibəsi

Fərhad
İyul 26, 2008 11:08

Azərbaycan internetinin təmsilçisi- AzeriBlog!

"Bizim blog sistemimiz digər dillərdə olan blog sistemlərindən daha yaxşıdır"

1 yaşı tamam olan AzeriBlog-un rəhbəri Fərhad Əsgərzadənin "Qaynar.info"-ya eksklüziv müsahibəsi

Fərhad ƏsgərzadəBir il əvvəl Azərbaycanın internet məkanında ilk dəfə AzeriBlog (azeriblog.com) adlı milli blog sistemi fəaliyyətə başlayanda bəlkə də çoxları onun qısa zamanda bu qədər populyar olacağını gözləmirdi. Amma sistem sürətlə inkişaf etdi, minlərlə blogu ətrafında birləşdirdi.
Blog- sadə dildə desək, internet gündəliyi, fərdi saytdır. Hər kəs AzeriBlog-da özünə pulsuz blog yaratmaq, ora istədiyi materialları yerləşdirmək və peşəkar saytlar kimi yaymaq imkanına malikdir. AzeriBlog Azərbaycan istifadəçilərinə bu imkanı verməklə, milli internet məkanının inkişafına sürətli təkan verdi, internet və blog mədəniyyətinin yayılmasına yardımçı oldu.
1 yaşını qeyd edən AzeriBlog-un gələcək planlarını öyrənmək üçün sistemin yaradıcısı və rəhbəri Fərhad Əsgərzadədən aldığımız müsahibəni sizə təqdim edirik.

- AzeriBlog bu bir ildə Azərbaycan internet istifadəçisinə nə verdi?

- Keçən bir il ərzində 4 min nəfər internet istifadəçisi AzəriBlog-da özlərinə Azərbaycan dilində 5 min blog yaratdı. Bu bloglarda müxtəlif mövzularda 46 min yazı Azərbaycan dilində internetdə nəşr olundu. İndi axtarış sistemlərində hər axtarış üçün AzəriBlog bloglarına aid olan ilkin nəticə saysız qədərdir. Dünyanın hər yerindən soydaşlarımız AzəriBlogdan istədiyi mövzularda  yazılar, xəbərlər, şeirlər və məqalələr tapırlar. AzəriBlog Azərbaycan dilində internetdə materiallarım çoxalmasına səbəb oldu. Demək olar ki, AzəriBlog Azərbaycan dilində internetdə ən çox material nəşr edən saytdır. Hazırda Azərbaycanı daha çox tanıtdıran, Azərbaycan dilini internetdə daha çox inkişaf etdirən resursa çevrilib. Belə demək mümkünsə, AzəriBlog Azərbaycan internetinin təmsilçisinə çevrilib.

- Sistemdə nə kimi yeniliklər nəzərdə tutursunuz?

- Digər məşhur sistemlərə baxanda bizim sistemin onlardan əksikliyi yoxdur və hətta o məşhur sistemlərin çoxundan üstünlükləri ilə seçilir. Blogçulara təqdim etdiyimiz imkanlar çoxdur. Amma biz buna inanırıq ki, gərək günbəgün saytda yeniliklər olsun və yeni texnologiyalara uyğun sistemdə müxtəlif imkanlar əlavə olunsun. Buna görə qeyd etməliyəm ki, ən qısa zamanda, 2-3 ay ərzində sistemdə çoxlu dəyişiklər olacaq. Bloglarda imkanlar çoxalacaq, o cümlədən bloglara təqvim, ən çox oxunan yazılar siyahısı və ən yeni şərhlər siyahısı əlavə olacaq. Bir neçə digər imkanlar da nəzərdə tutmuşuq, onları da gələcəkdə özünüz görəcəksiniz. Bundan əlavə yeni 40 stil də sistemə əlavə olunacaq ki, fərqli zövqlərə sahib olan istifadəçilərimiz öz istəklərinə uyğun stillərdən yararlana bilsinlər. Yeni stillər hamısı profesionaldır. Çalışmışıq ki, onlarda SEO faktoru aktiv şəkildə çalışsın və stillər SEO ilə uyğun olsunlar. Bu kömək edəcək ki, blog materialları ən qısa zamanda Google və digər axtarış sistemlərində ilkin nəticə kimi qeyd olunsun. Saytın özünün də dizaynı dəyişərək,  betadan çıxacaq. İstifadəçilər səhifəsində (profillərdə) dəyişikliklər olacaq, sistem sosial şəbəkə kimi fəaliyyət göstərəcək. Bu barədə bundan artıq izah verməyı lazim bilmirəm. Çünki istəyirəm yenilikləri əziz istifadəçilərimizə sürpriz edim.

- "AzəriBlog"un başqa dillərdə versiyası üzərində düşünürsünüzmü?

- AzəriBlog saytının yox. Amma bu imkanlarla başqa dillərdə blog sistemi yaratmağı düşünürəm. Məsələn, türk və rus dillərində. Bunun da səbəbi budur ki, bizim blog sistemimiz digər dillərdə olan blog sistemlərindən daha yaxşıdır. Əminəm ki, inşallah, o dillərdə yaranan blog sistemlərimiz də uğurlu olacaq.

- Azərbaycan istifadəçisində bloq mədəniyyəti yetərincədirmi? Sizcə blog mədəniyyətinin yayılması üçün daha nə kimi əlavə tədbirlərə ehtiyac var?

- Düzünu desəm, bəzən bu barədə fikirləşəndə işimdən bezirəm. Ona görə ki, blog anlayışı ictimaiyyət arasında yetərincə tanınmayıb, əksəriyyətin bu barədə məlumatı  azdır. Amma yavaş-yavaş düzəlir. İndi bizim xalqımız blogun mənfəətləri, xeyri barədə o qədər çox məlumata sahib olmasa da, günbəgün bu sahədə bilgiləri artacaq və blog yaratmaq üçün səy edəcəklər. Televiziya və qazetlərdə bu barədə millətə çox az məlumat verilir. Gərək reklam çoxalsın. Məncə bu, blogçuların və blogla tanış olanların vəzifələsidir. Çünkü onlar artıq blogu tanıyıblar və gərək çalışsınlar onu öz tanışları, qohumları və dostlarına təqdim etsinlər.

- Qısa zamanda Azərbaycan internet resursları içində lider mövqeyinə yüksəlmək, ən çox izləyici toplayan sayta çevrilmək çətin olmadı ki?

- Təbii ki, çox çətindir. Məhdud maddi imkanlarımızdan istifadə edib reklam etdik, dostlarımız bu işdə çox kömək etdilər. Bizim istifadəçilərimiz də az iş görmədilər. Bloglarını, orda olan material və yazılarını reklam etməyə, özlərinə auditoriya qazanmağa çalışdılar. Yeni blogçulara əllərindən gələn köməkləri etdilər. Əslində istifadəçilərin köməkləri və dəstəyi olmasaydı, heç bir işə qadir olmazdıq. Biz onlara yüksək səviyyədə imkanlar yaratmağa çalışırıq və onlardan da istəyimiz budur ki, Azərbaycanda saytın və əslində blogun inkışafı üçün kömək etsinlər. Biz hələ yolun əvvəlindəyik. Çoxlu fikirlərimiz və layihələrimiz var ki, istifadəçilərimizlə birlikdə reallaşdıracağıq.

- Artıq "AzeriBlog"u Azərbaycanın "Google"si adlandıranlar da var. Bu fikirə münasibətiniz...

- Saytlar müxtəlif faktlara dayanaraq dəyərləndirilir. Google bu qədər pul və maddi resurslar, imkanlarla AzəriBlogdan təbii ki, qat-qat üstündür. Amma məqsədimiz aydındır. Biz də Google kimi  müvəffəqiyyət qazanmış saytlar və şirkətlərə baxıb işlərimizi sürətləndiririk. Və çalışırıq ki, dünyada da olmasa bu sahədə vətənimiz Azərbaycanda və gözəl ana dilimizdə əlmizdən gələni edək.

qaynar.info // T.İsmayılov

Şərhlər(10)
1024 oxunma
Azəri blog xəbər
müsahibə fərhad əsgərzadə admin 

AzəriBlogın ad günü mübarək!

Fərhad
İyul 21, 2008 0:00

Salam hörmətli AzəriBlog istifadəçiləri,‎

AzəriBlog saytının fəaliyyətindən artıq 1 il keçdi. Və bu gün yəni 21 iyul AzəriBlogun ‎doğum günüdür. Bu günü dəyərli istifadəçilərimizə təbrik edir və onların keçən ildə bizə ‎dəstək olduqları üçün təşəkkür edir və öz minnətdarlığımızı bildiririk.‎

Bu keçən bir ildə AzəriBlogun çoxlu nəaliyyəti oldu və demək olar ki, ilk il AzəriBlog ‎üçün uğurlu bir il kimi keçdi. Arada bəzi problemlər də oldu amma bunların hamısı ‎AzəriBlogun uğurları arasında itəcək və gözə görsənməz.‎

Öncədən qeyd etdiyimiz kimi, gərək bu gündə bir mərasim qeyd oluna və AzəriBlogun ‎ilk ad günü rəsmi surətdə blog istifadəçiləri arasında təntənəli bir marasımdə keçiriləydi ‎və bu gündə AzəriBlogun ilk ilinin ən yaxşi blogları da təqdim oluna və onlara ‎mükafatlar və hədiyyələr veriləydi. Amma bəzi problemlərə görə o cümlədən mərasim ‎üçün sponsorun olmamağı və bu barədə maddi ehtiyacların təmin olunmaması ən əsas ‎problemimizdir. ‎

Buna görə belə fikirləşdik ki, AzəriBlogun ilk ad günü mərasimi olmasın və inşallah ‎ikinci ildə bu mərasim qeyd olunsun və bizdə indidən o gün üçün imkanlarımızın ‎olmasını dua edək.‎

AzəriBlog sisteminin ilk blogcular müsabiqəsində elə saytın ikinci ad günündə qeyd ‎olunacaq və müsabiqə bərpa olacaqdır.‎

İndi biz AzəriBlog sisteminin yeni imkanlarını yaradır, inkişaf etdiririk. Sayta yeni ‎dizayn hazırlayırıq və inşallah iki-üç aydan sonra AzəriBlog sisteminin yeni versiyası ‎aktiv olacaq ve sayt artıq betadan çıxacaq.‎

İlk ildə fəaliyyətimizdən çoxlu dərslər aldıq, istifadəçilərimizdən çoxlu şeylər öyrəndik ‎və təcrübələrimizi artırdıq. Ümid edirik ki, yeni ildə bütün fikrimizdə olan planları ‎sistemdə reallaşdıraq və bütün planlarımız uğurlu getsin.‎

Yazının sonunda yenə də saytın genişlənməsində və popular bir sayt olmasında etdiyi ‎köməklərə və dəstəyə görə öz dəyərli dostlarımıza, AzəriBlog sisteminin əziz ‎istifadəçilərinə dərin minnətdarlığımı bildirir və onlara təşəkkür edirəm. İnşallah saytın ‎yeni il fəaliyyətində əziz istifadəçilərin yardımları bundan da artıq olacaq və saytımız ‎günbəgün inkişaf edəcəkdir.‎

Bütün istifadəçilərimizə bu günü təbrik edərək onlar üçün bütün sahələrdə uğur ‎arzulayıram.‎

Fərhad Əsgərzadə

Şərhlər(25)
742 oxunma
Azəri blog xəbər
azeri blog ad-günü 

Diqqət! İstifadəçilərimizin nəzərinə!

Fərhad
İyun 3, 2008 17:20

Xahiş edirik qısa zamanınızı ayırıb bu məqaləni oxuyun.‎

- Bu gün 804 qeydiyyatdan keçmiş amma bircə dəfə də istifadə olunmamış hesablar silindi. ‎Bu cür hesabların açılması və boş yerə domainlərin tutulması AzəriBlog üçün və onun ‎istifadəçiləri üçün zərərdən başqa bir şey deyil.

‎- İstifadəçilərimizdən sistemimizin genişləməsi və daha da inkişaf etməsi üçün AzəriBlog ‎əsas səhifə ve bloglar səhifəsindəki sponsor reklamlarına tıqlamağı və əgər ehtiyacları olacaqsa oradakı ‎xidmətlərdən faydalanmağı məsləhət bilirik. Reklamlara tıqlamaq bizə dəstək olmağınıza ‎səbəb olacaqdır. Və bu yolla yeni-yeni imkanlar və xidmətlərə səbəbkar olacaqsınız.

- İstifadəçilərimizdən növbəti xahişimiz budur ki, şəxsi məlumatlarında mövcud olan e-‎mailləri yoxlasınlar. Çünki bəzən blogcularımıza yeniliklər və müəyyən dəyişikliklər ‎haqqında sistem tərəfindən mail göndərilir. Göndərdiyimiz maillər yanlış yazdığınız e-mailə getdikdə geri ‎qayıdır və bu bizim e-mail sistemində problemlərə yol açır.

- Bu yaxınlarda istifadəçilərimizdən biri AzəriBlog qaydalarını pozduğu üçün blogunu ‎bağlamışdıq. Belə ki, öz blogunda İslam Peyğəmbərinə böhtan, yalan və təhqir edici ‎cümlələr istifadə etmişdir. Bu da bizim blogun qaydalarına uyğun olmadığı üçün bu ‎addımı atmışıq. Həmin istifadəçimiz bir neçe mail qruplarında AzəriBlogu pisləmə ‎kompaniyasına başlayacağını bildirmişdi. Onu qeyd edək ki, kimliyindən aslı olmayaraq ‎hər hansı bir dinə və ya məzhəbə təhqir yağdıran bloglar qapadılacaqdır! Hami bir nəfər ‎kimi AzəriBlog qaydalarına tabe olmaq məcburiyyətindədir. Blog yaratmadan öncə bütün ‎istifadəçilər bu qaydaları qəbul etdiklərini bildirirlər. Bu qaydalara tabe olmayanların ‎bloglarının qapadılmasından normal bir şey olmadığını vurğulamaq istəyirik.

- Xatırlayırsınızsa sismemimiz fəaliyyətə başlayanda hər il AzəriBlogun yarandığı gündə ‎‎(21 İyun) müsabiqə təşkil edəcəyimizi və həmin ilin ən yaxşı, ən fəal blogunu və ‎blogcusunu seçəcəyimizi vurğulamışdıq. Seçilən blog və blogçular AzəriBlog tərəfindən ‎müəyyən hədiyyələrlə mükafatlandırılacaqlar. Onu qeyd edək ki, doğum gününə iki həftə ‎qala istifadəçilərimizə bu barədə ətraflı məlumat veriləcəkdir.

- Son olaraq da bir məsələni diqqətinizə çatdırmaq istırdik. Bəzi istifadəçilərimiz ‎bloglarında digər saytlardan alınan kodlardan, scriptlərdən istifadə edirlər. Bu cür ‎uyğunsuz alətlər sizlərin bloglarını zədələməkdən və gözdən salmaqdan başqa bir işə ‎yaramır. Biz dəfələrlə blogcularımıza yeni imkanlar və xidmətlər barəsində bizlərə ‎məsləhət verməkləri və istəklrini bildirmələri barədə xəbər vermişdik. Biz sizlər üçün ən ‎uyğun və məsləhətli nə varsa etməyə hazırıq. Bloglarınızda istifadə etdiyiniz yad kodlar ‎və scriptlər sizin blogunuzun geç açılmasına, blogun görünüşünün bərbad vəziyyəti ‎düşməyinə səbəb olur. Həmçinin bu xidmətin AzəriBlog tərəfindən həyata keçirildiyi ‎kimi görünməkdədir ki, bu da bizim imicimizə zərər verir.

İstifadəçilərimizdən bu cür ‎kodları, zərərli scriptləri saylarından götürməyi, əgər hər hansı kod və ya scripti məsləhət ‎bilirlərsə bizlərlə bölüşməyi xahiş edirik. Biz həmin imkanı və xidməti AzəriBlog olaraq ‎səliəqli və rahat bir şəkildə sizlərə təmannasız bəxş etməyə çalışacağıq.

Bu məqaləni ‎oxuduğunuza görə hər birinizə təşəkkürlər və uğurlar!‎



Şərhlər(29)
1152 oxunma
Azəri blog xəbər
istifadəçilər blog imkanlar müsabiqe 

28 May - Respublika gününüz mübarək!

Fərhad
May 27, 2008 13:25

28 May1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət yarandı. Bizim üçün qürurverici bir məqamdır ki, bu dövlət məhz Azərbaycanda, bizim ölkəmizdə qurulub. 1917-18-ci illərdə I dünya müharibəsinin qızğın döyüşləri gedərkən, Çar Rusiyası bir tərəfdən müharibədə qələbəni düşünür, digər tərəfdən öz müstəmləkəçilik siyasətini davam etdirərək zəbt etdiyi torpaqları əlində saxlamağa çalışırdı. Belə bir şəraitdə Çar Rusiyasının əsarətində olan xalqlar da öz müstəqilliklərini qazanmaq haqqında düşünür və onun yollarını axtarırdılar.

1917-ci ilin oktyabr inqilabından sonra Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən amma Petroqrada və Moskvaya gedə bilməyən deputatlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar. 1918-ci il aprelin 9-da isə burada təmsil olunan azərbaycanlı deputatların təkidi ilə Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar. May ayının 27-də isə Seymin Müsəlman Fraksiyasının üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi.

 

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır.

Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri də Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur.

1920-ci ilin aprelin 28-də rus ordusunun Azərbaycanı işğal etməsi ilə 23 aylıq fəaliyyətini dayandırmaq məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyəti xalqımıza müstəqilliyin nə olduğunu hiss etdirdi. Sovet əsarətində qalan Azərbaycan 70 ildən sonra bu müstəqillik uğrunda yenidən mübarizəyə qalxdı və o müstəqilliyi əldə etdi.

Ulu öndər Heydər Əliyev varislik prinsipinə böyük qiymət verərək demişdir ki, “əgər XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olub” .

Bu gün müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, onun bütün dövlətçilik atributlarını qəbul edir, günbəgün artan nailiyyətlərlə - iqtisadi, siyasi sahədə əldə olunan uğurlarla dünya dövlətləri arasında öz layiqli yerini tutmaqdadır.

Bu gün Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyini qeyd edirik. Bu münasibətlə hər bir azərbaycanlını təbrik edir, müstəqilliyimizin bir daha əlimizdən alınmaması, daima qorunub saxlanması üçün hər bir vətəndaşın əlindən gələni etməsini arzulayırıq.

BAYRAMINIZ MÜBARƏK!!!



Şərhlər(3)
788 oxunma
Azəri blog xəbər
azərbaycan xalq cümhuriyyəti adr90 respublika 

Azeriblog admininin mediaforum saytına müsahibəsi

Fərhad
May 20, 2008 15:36

 Bu günlərdə "Mediaforum.az" saytı Azəriblog admini Fərhad Əsgərzadədən müsahibə götürüb. Blog istifadəçilərinin marağını nəzərə alıb həmin müsahibəni burada yerləşdiririk.

Əsgər Əsgərzadə Fərhad

Azərbaycanın əksər internet istifadəçiləri «azeriblog.com» saytını tanıyır. Amma az adam bilir ki, bu saytın yaradıcısı cənublu soydaşımızdır. Bugünlərdə «Media forum» həmkarımızı yaxından tanımaq şansı əldə edib.

Əsgər Əsgərzadə Fərhad 1976-cı ildə Ərdəbildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Həmədan Universitetinə daxil olub. Sonra Tehrana köçüb və 10 ildir İran paytaxtında yaşayır. Bakıya çox gəlib. Amma yaratdığı «azeriblog.com»ın istifadəçiləri ilə ilk görüşü bu yaxınlarda baş tutub. 4 minə yaxın bloqçusu var saytın. Gündə ən azı 11 yeni istifadəçi qeydiyyatdan keçir.

- İnternet bilikləriniz hardandır? Bunun üçün hər hansı bir kurs keçmisinizmi?

- Mənim universitet təhsilim internetlə, informasiya texnologiyası ilə bağlı olmayıb, kompüter proqramlarını öz həvəsimə öyrənmişəm. Yeddi-səkkiz il öncə internetdə işləməyə başlamışam, dizayn məsələlərini, sayt yaratmağın sirlərini yavaş-yavaş mənimsəmişəm.

- Deməli, «azeriblog»a qədər də saytlar yaratmısınız...

- Bəli, bir çox şirkətlər üçün saytlar yaratmışıq. Həmçinin şəxsi saytlar. Amma «azeriblog.com» Azərbaycan dilində yaradılmış ilk saytdır. Saytın yaradılmasında məqsəd ana dilimizin inkişaf etdirilməsidir. 10 ay bundan əvvəl belə bir bloq yaratmağa başladım.

- Yaranma prosesi haqqında nə deyə bilərsiniz?

- Bloq, bildiyiniz kimi, internet aləmində çox məşhurdur. Dünyanın istənilən nöqtəsində arzu edən hər kəsin bloqu var. Azərbaycanın saytlarına baxardım. Dost-tanışdan soruşdum ki, Azərbaycanda bloq saytı varmı? Dedilər yoxdur, bildim ki, buna ehtiyac var. Və yaratdıq. 2007-ci il iyulun 21-də yaranıb.

- Azərbaycanlılar «azəri» sözünə birmənalı baxmır. Bunu bilirdinizmi?

- Ad seçimi belədir ki, bu, internet ünvanıdır və mümkün qədər qısa və yadda qalan olmalıdır. Biz də «azəri» qısaltmasına üstünlük verdik. Azərbaycan adını bütöv yazmalı olsaydıq, istifadəçilərin də adları əlavə olunanda uzun-uzun sayt adları yarana bilərdi. Ona görə də «azəri» qısaltmasına üstünlük verdik.

- Serverdə nə qədər adam çalışır, təhlükəsizlik necə təmin olunur?

- Saytda məndən başqa daha üç nəfər çalışır. Bir çox proqramlar tətbiq etmişik ki, saytların təhlükəsizliyi təmin olunsun. Yeniliklərin olması üçün bloqa bir çox proqramlar da əlavə etmək istəyirik. İnşallah, sayt böyüdükcə yeni imkanlar, yeni serverlər, yeni proqramlar lazım olacaq, o zaman işə yeni əməkdaşlar da cəlb olunacaq. Bəlkə də fəaliyyətimizi genişləndirib şirkət olduq. İndi sayt test versiyasındadır ki, görək alınır, ya yox. Hələ ki, 10 aydır fəaliyyət göstərir və heç bir problem yoxdur. Saytın istifadəçilərinin sayı günü-gündən daha da artır. Hazırda «azeriblog.az» domenini də almaq istəyirəm. Kim istəyirsə, öz saytını yaradan zaman «az», yaxud «com» domenindən istifadə etsin.

- İranda hər hansı bir mane yoxdur ki?..

- İranda saytın fəaliyyətinə heç bir problem yoxdur. Əgər İranın qanunlarına zidd hər hansı bir şey yazılsa, onda saytı bağlayırlar. İndi «azəriblog»un istifadəçilərindən 57 faizi Azərbaycandan, 11 faizi isə İrandandır. Sonrakı yerləri Almaniya, Türkiyə və başqa ölkələrdəki istifadəçilər tutur.

- Azərbaycana tez-tez gəlirsiniz?

- Bu gəlişim səkkizincidir. Dincəlməyə də, gəzməyə gələndə də buranı seçirəm. Buranı özümə Ərdəbil kimi bilirəm. Həm də burada müəyyən əlaqələr yaratmağa çalışıram. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda internet hələ çox zəifdir. Bəzi şirkətlər var ki, mənim bura gəlməyimi və burada onlarla əməkdaşlıq etməyimi istəyirlər.

Budəfəki səfərdə ilk dəfə olaraq Azərbaycandan olan bloq istifadəçilərindən 70 nəfərə qədərinin görüşünü təşkil etdik, bir-birimizlə tanış olduq. Bir-birimizi vurtual olaraq tanıyırdıq, amma ilk dəfə real görüşlər keçirdik. Ümumiyyətlə, bütün dünyada bloq istifadəçiləri arasında belə görüşlərin təşkil olunması mexanizmi var. Biz də ilk dəfə burada görüş təşkil etdik. Səmimi görüş keçirdik və bu görüşün adını «Virtual tanışlıqdan real dostluğa» qoyduq.

- İranda internetin vəziyyəti necədir?

- Hazırda İranda internet yüksək sürətlə inkişaf edir. Ölkədə 3 milyona qədər adamın bloqu var. Azı 8 bloq sistemi var. Ən məşhuru «blogfa.com»dur. Onun 1 milyon yarım istifadəçisi var. Dünyanın ən çox ziyarət olunan bloqlarından biridir. Ancaq İranda internetin əsas problemi sürətidir. Sürət azdır, məhz bu səbəbdən inkişaf ləngiyir.

- İranda internetin hansı sahəsi daha çox yayılıb: xəbər saytları, bloqlar, yoxsa əyləncə saytları?..

- İnternet ziyarətçiləri xəbərlərlə daha çox maraqlanırlar, xəbər agentliklərinə baxırlar, sonra bloqçuların saytları axtarılır. Sonuncu yeri əyləncəli saytlar tutur. Bu saytlara maraq o qədər deyil. İranda əyləncə saytları çox azdır.

- Bəs İranda İnternet istifadəçilərinin yaş göstəricisi necədir?

- Ən çox internet istifadəçiləri 15 yaşından 35 yaşa kimidir. Daha aktiv yaş göstəricisi 15 yaşdan 20 yaşa qədərdir.

- Bloqun bir aylıq xərci nə qədərdir? Bütün xərcləri özünüz ödəyirsiniz?

- Saytı yaradanda həm görünüş, həm istifadə forması, həm sürəti baxımından bütün xidmətin yüksək formada olmasını istəyirdim. Ona görə də «azeriblog»un özünə ixtisas server alındı. Server ABŞ-dadır. Yaradılan zaman o qədər də xərc çəkilməyib. Serverin aylıq xərcinin ödənilməsi hardasa 400-500 ABŞ dolları qədər edir. Hələ reklam işini qura bilməmişik. Ona görə də xərclərinin hamısını özüm ödəyirəm.

- Saytla bağlı ümumiyyətlə hər hansı formada təkliflər almısınızmı?

- Bəli, bir neçə təklilf olub, bəzi şləxslərdən mənə məktublar gəlib ki, saytı onlara satım. Təklif belə olub ki, sonra onlarla birgə - proyekt meneceri kimi çalışım.

- Bu təkliflər hansı ölkələrdən edilib?

- Azərbaycandan. Mənə aylıq maaş da vermək istəyirdilər. Amma qəbul etmədim. Çünki bu bloqun yaradılması və öz maliyyəmi sərf etməyimin əsas səbəbi buna olan həvəsimdir. Özüm 8 ildir ki, bloq yazıram və çox sevinirəm ki, digərlərinin də öz bloqlarını yaratmasına şərait düzəltmişəm. Düzdür, bloqun heç bir maliyyə gəliri yoxdur, amma ən çox qazancım odur ki, bu bloq vasitəsilə çoxlu dostlar qazanmışam, bir-birimizlə dostuq, tanışıq. «Azəriblog» yaradılarkən əsas məqsəd o idi ki, bu bloq azərbaycandilli olsun. Azərbaycan dili internetdə çox aşağı səviyyədə idi. Dünya miqyaslı «alexa.com» reytinq saytı var. Azərbaycanın bu siyahıda adı yox idi. Məqsədimiz Azərbaycan dilini internet dilləri arasına salınması və siyahıda irəliləməkdir.

- İranda internetlə bağlı nəzarət necə həyata keçirilir? Texniki baxımdan hansı hallar qeyri-qanuni hesab edilir? Məsələn, bu yaxınlarda «Day.az» saytı ilə Milli Televiziya və Radio Şurası arasında internet-radio məsələsinə görə mübahisə olmuşdu. Sizdə belə situasiyalar başv erirmi, baş verdiyi halda nercə həll olunur?

- Bizim yaratdığımız internet səhifəsi bloqdur və bloq azaddır. Necə bir qəzet yaradırsansa, onu ya gündəlik, ya həftəlik, ya da aylıq dərc edirsən, bloq da elə fəaliyyət göstərir. Bloqçu öz səhifəsini yaradır, yazılarını, materiallarını orada yerləşdirir, istifadəçilər də oxuduqlarına şərhlər yazırlar. Şərhçilər arasında fikir mübadiləsi ola bilər. Bloq azad, virtual bir dünyadır. Amma İranda belə hallar da olur ki, qanuni bloqlar yaradılmır. Onun bu fəaliyyəti digər bloqçulara da ziyan gətirir, onların fəaliyyətlərinin əxlaqdan uzaq olması, standartlara uyğun olmaması səbəbilə onun qarşısını alırlar, bağlayırlar.

Bizim bloqun da öz qanun və qaydaları var. Hər bir istifadəçi onlara əməl etməldir. Əgər əməl etməsələr, əvvəl xəbərdarlıq göndərilir, bunlara məhəl qoyulmadıqda bloqa girişi bağlanılır. Bizim qaydalara görə istifadəçilər hər hansı bir dinə, məzhəbə qarşı nəsə yaza bilməz, yalnız öz baxışlarını yaza bilər. Amma əxlaqdan uzaq nəsə söyləyə bilməz. Biz hətta öz bloqsularımızın müəlliflik hüquqlarını da qorumağa çalışırıq. Olub ki, bir bloqçumuzun yazısı başqa saytda yerləşdirilib, bunun qarşısını almışıq. Bloqçular özləri belə bir hal aşkar edirlərsə, bizə müraciət edirlər, həmin bloqçuya xəbərdarlıq göndəririk, əgər o, bizim xəbərdarlığımızdan sonra səhvini düzəltmirsə, onun bloqunu qapadırıq.

«Media forum»


Şərhlər(12)
933 oxunma
Yeniliklər
azeriblog admin fərhad ana dili 

"Azeri Blogçuların"un ilk real görüşü

Fərhad
Aprel 28, 2008 19:19

Nəhayət AzNetin blogçuları arasında ilk qeyri-rəsmi görüş baş tutdu. Görüşün təşkilatçısı AzeriBlog olaraq onu deyə bilərik ki, ilk görüş səmərəli keçdi. Görüşdə blogcular bir-biri ilə tanışlıqla birgə AzNetdə blog inkişafı, saytların keyfiyyəti, reklamçılıq və bir çox faydalı müzakirələr apardılar. Əsasən də AzeriBlogla əlaqədar olaraq yeni imkanlar, məsləhətlər və tənqidlər dilə gətirildi. Daha nə kimi imkanların ola biləcəyindən söhbət açıldı. Ümidvarıq ki, bucür görüş və tədbirlər rəsmi olaraq da mütəmadi qeyd olunacaqdır.

Gələn görüşlərədək...

 

Digər saytlar və bloglarda görüş barədə xəbərlər və şəkillər:

-  Azərbaycan bloggerləri ilk dəfə bir araya gəldi

- Azəri blogçuların ilk görüşü 

- Azərbaycan bolqqerlərinin ilk qeyri-rəsmi görüşü 

Azərbaycan bloggerlərinin ilk görüşü

Azərbaycan Bloqerləinin İlk Qeyri-Rəsmi Görüşündən Ekskluziv Fotolar

 

 

İlk Azərbaycan blogçularının görüşündən Şəkillər: 

Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com
 
Azerbaijan bloggers meeting: azeriblog.com


Şərhlər(16)
1088 oxunma
Azəri blog xəbər

Virtual tanışlıqadan real dostluğa!

Fərhad
Aprel 16, 2008 22:52

Əziz Blogçular,

Azerbaijani Bloggers MeetingSiz nə vaxtdır blogda yazırsınız? Gündə neçə dəfə blogunuza baxırsınız? Gündə hansı ‎blogları ziyarət edirsiniz? Neçə blogun yazarını yaxından tanıyırsınız? Neçə blogu öz ‎dostunuz kimi blogunuza əlavə etmisiniz? Onları sizə maraqlı olduğuna görə  blogunuza ‎əlavə etmisiniz yoxsa həmin blogun yazıları sizə maraqlıdır ona görə? Bu və digər ‎sualların cavablarını ətraflı olaraq müzakirə etmək üçün blogçuların ilk real görüşünə ‎hazırsınızmı?‎

AzəriBlog artıq 10 aydır ki, fəaliyyətdədir. Bu yazını yazmaqda məqsədimiz AzəriBlog ‎İdarə Heyəti ilə siz hörmətli blogcuların real olaraq görüşünü təyin etməkdir. Bu görüşdə ‎yaş, cins, peşə fərqi olmadan AzəriBlog blogcularının bir-biri ilə yaxından tanışmasını ‎reallaşdırmaqdır. Görüş ərəfəsində maraqlı söhbətlər, faydalı məsləhətlər, tənqid və ‎təkliflər müzakirə olunacaq. Bu görüşdən məqsəd sırf yaxından tanış olmaq və ‎‎“AzəriBlog”umuzun inkişafı və təkamülüdür!


İndi siz dəyərli blogçulardan görüş üçün bir neçə sual soruşulacaq ki, xahiş edirik bu ‎suallara şərhlər bölməsində cavab yazasınız:

‎-‎    Bu görüşdə iştirak edəcəksinizmi? Əgər cavabınız müsbətdirsə ad, soyad və ‎blogunuzun adını yazın.‎
‎-‎    Bu görüş üçün hansı günü və tarixi münasib bilirsiniz? Bazar günü aprel ayının ‎‎27-si, Bazar ertəsi aprelin 28-i,  çərşənbə axşamı aprelin 29-i yoxsa çərşənbə günü ‎aprel 30-u?‎
‎-‎    Görüş məkanı üçün haranı təklif edirsiniz? (Biz Milli park, bulvarda olan ‎kafelərin birini məsləhət bilirik)‎
‎-‎    Görüş axşam saat 18-dən 20-dək olacaq. Razısınızmı?‎

Bir həftədən sonra sizin şərhlərinizə əsasən qərarın dəqiq günü, məkanı və saatı məlum ‎olacaq və bu yazıda əlavə olunacaq. Xahiş olunur bloglarınızda bu barədə digər ‎blogçuları da xəbərdar edin.‎

Hamınızı səbrsizliklə gözləyirik!

Əlavə 1: (Aprel 17)

Xahiş edirik ki, görüşə qatılacaq dostlar bu işə ciddi yanaşsınlar. Görüşə qatılma ehtimalı az olanlar isə bu siyahıya qatılmasalar daha yaxşı olar. Çünki görüşün rəngarəng və maraqlı keçməsi üçün bəzi tədbirlər həyata keçiriləcək.

‎Əlavə 2 və son (Aprel 21)

Əziz blogcular,
Şərhlərin və müzakirələrin nəticəsi olaraq Bazar günü, aprelin 27-si Sahil bağında (köhnə 26-lar heykəlinin qarşısı) saat 18:00 – dan 19:00-a qədər AzeriBlog forumçularının və digər sistemtlərdə fəaliyyət edən blogçuların ilk real görüşü təşkil olunacaq. İmkanı, marağı və zamanı olanlar buyurub gəlsinlər. Görüşənədək!

Ətrafli məlumat üçün:
Tel: 055 720 30 01, adı: Turxan
Gerb
E-Mail : info@azeriblog.com

AzəriBlog İdarə Heyəti



Şərhlər(50)
2277 oxunma
Azəri blog xəbər
azeri blog tanishliq tanışlıq göriş 

Həm siz qazanın, həm AzəriBlog!

Fərhad
Aprel 15, 2008 17:03

Xatırlayırsınızsa bir neçə həftə öncə qeyd etmişdik ki, AzeriBlog sistemi maddi cəhətdən bəzi çətinliklərini yaşamaqdadır. Bizlər AzNet məkanında ilk ana dilli və yüksək keyfiyyətli blog sistemimizi açarkən daha çox ümidli idik və zənn edirdik ki, bizə kömək göstərənlər tapılacaq.

Əfsuslar olsun ki, sponsor axtarışlarımız da faydasız oldu! Həmçinin bloglarda reklam xidməti də özünü aktiv şəkildə göstərmədi. Bu xidmətə də meyl edən dostlarımız tapılmadı. Onu qeyd edək ki, bu xidmətləri verməklə həm xidməti verən bizlər, həm də xidməti alan sizlər də faydalanmış olurduq.

Növbəti xidmətimiz isə ondan ibarətdir ki, əgər kimsə AzeriBlog saytına reklam müştərisi taparsa, tapan şəxsə reklam gəlirlərinin 20%-i veriləcəkdir.

Vurğulamaq istərdik ki, maddi çətinlik çəkməyimiz AzeriBlogda yeniliklərin səngiməsinə səbəb olacaqdır. Bu da heç kimə fayda gətirməz. Siz istifadəçilərimiz və ziyarətçilərimiz maraq və həvəs göstərsəniz həm siz qazanarsınız, həm AzəriBlog qazanar, həmçinin AzNetimiz qazanacaqdır!



Şərhlər(8)
843 oxunma
Azəri blog xəbər
azeri blog reklam qazanc 

Bloglarda Oğurluq!‎

Fərhad
Aprel 14, 2008 19:02

Əziz istifadəçilər,

Bəzən blogçularımızın bəziləri (çox azı əlbəttə) bloglarında digər saytlardan və ‎bloglardan yazıları necə var elə də götürüb öz bloglarında yerləşdirirlər! Yazını ‎bütünlüklə götürüb heç bir istinad vermədən hər hansı sayt və ya blogda istifadə ‎etmək nə əxlaqa, nə də müəllif hüquqlarına aidiyyatı var. Həmçinin AzeriBlog sistemi ‎qanununa da ziddir! ‎

Əslində blog onun üçündür ki, blogcu öz fikir və düşünələrini, bir gündəlik kimi qeyd ‎etsin və əgər digər mənbələrdə dəyərli və maraqlı materiallar varsa da onlardan qısa ‎sitat gətirərək istinad versin. Xəbəri digər resurslardan br növ oğurlamaqla nəyəsə nail ‎olmaq olmaz! Əslində bir yazının bir neçə blogda yayınlanması həm zaman itkisi, ‎həm də sistemdə boş-boşuna yer tutmaya səbəb olur. İndi siz təsəvvür edin ki, nə ‎qədər bloglar var ki, digər bloglardan ancaq və ancaq “copy-paste” etməklə ‎məşğuldurlar. Bu cür blogların nə sistemimizə, nə internet istifadəçilərimizə, nə də ‎blog sahibinə xeyri var.‎

AzeriBlog qaydalarına əsasən hər hansı blog digər sayt və bloglardan istinadsız ‎yazılar dərc etsə həmin blog bağlanacaq və hətta blgcunun hesabının silinməsi cəzası ‎da mövcuddur. Amma bir qısa istinad, mənbə göstərilsə heç bir problemi yoxdur!‎

AzeriBlogun məqsədi və məramı bu cür oğurluqların qarşısını almaq, sistemdə ‎faydalı, xeyirli yazıların yazılması, tanıdılması və qiymətləndirilməsi. Həmin yazılara ‎və yazarlara sahib çıxmaqdır! Gəlin birlikdə bu cür oğurluq hallarına qarşı çıxaq və ‎mübarizə aparaq və netimizi inkişaf etdirək!‎



Şərhlər(7)
855 oxunma
Azəri blog xəbər
azeri blog müəllif hüquqları 

Bloglarda reklam əlavə olundu!

Fərhad
Mart 22, 2008 0:57

Əziz istifadəçilər,

qeyd etdiyimiz kimi AzeriBlog İdarə Heyəti olaraq bütün bloglarda reklam bölməsini əlavə etdik. Bu blog sistemimizin daha da geniş inkişaf etdirilməsinə səbəb olacaq və yeni-yeni imkanların artırılmasına kömək edəcək. 120 x 240 piksel olçusundə reklam hər bir blogda sadəcə olaraq 120 saniyə görsənəcək, daha sonra qapanır. Ümidvarıq heç bir problem olmadan bizləri anlayışla qarşılayarsınız.

Başqa nə təklifiniz, iradınız varsa buyurub şərh vasitəsiylə çatdırın.

Uğurlar!

 


 



Şərhlər(12)
880 oxunma
Azəri blog xəbər
reklam 

Netty.az müsabiqəsində iştirak edək!

Fərhad
Mart 12, 2008 14:55

Hörmətli istifadəçilər

Bu il də ötən 3 il kimi AzNetdə Azərbaycanla əlaqəli fəaliyyət göstərən saytlar arasında Netty.az saytında musibiqə keçilir. Bu musabiqədə hər bölmə üzrə ilin ən yaxşı saytları seçilir.
 
Bu musabiqə barədə ətraflı məlumat üçün Netty.az saytından istifadə edə bilərsiniz.
Bütün istifadəçilərimizə bu müsabiqədə geniş surətdə iştirak etməyi tövsiyə edirik. Və ümidvarıq ki, bu müsabiqənin qaliblərinin və heç olmasa nominantların bir neçəsi AzəriBlog sisteminin istifadəçilərindən olsunlar.
 
Qeyd etməliyik ki, AzəriBlog saytı da bu müsabiqədə Servis saytlari bölməsində iştirak edibdir.

Əgər müsabiqədə iştirakçı kimi iştirak etməklə fikriniz yoxdursa, virtual juri üzvü kimi iştirak edin və müsabiqədə bölmələrdə sevib-bəyəndiyiniz iştirak edən saytlara səs verin.
 
Əgər bu müsabiqədə iştirak etmək istəsəniz Netty.az saytında daxil olub və qeydiyyatdan keçin. Diqqətli olun ki, bütün informasiyaları düzgün şəkildə yazın və formu bitirin. Hesabınız aktiv olandan sonra e-mail ünvanınıza gələn banner kodunu gərək blogunuzun əsas səhifəsində yerləşdirəsiniz. Buna görə "AzəriBlog"dakı hesabınıza daxil olun və blogunuzu seçin. Sonra sol hissədən "Blog görünüşü" bölməsinə daxil olub, "Blog səhifələri" düyməsini seçin. Və "Əsas səhifə" kodu ekranınızda açilan zaman blogunuzun sayqaç və ya RSS xidməti kənarında Netty.az dan gələn kodu yerləşdirin ki, blogunuz müsabiqədə uğurla qeyd olunsun.
 
Bütün dəyərli istifadəçilərimizə bu müsabiqədə və bütün həyatda olan müsabiqələrdə uğur arzu edirik.
 
Hörmətlə
AzəriBlog İdərə Heyəti

Şərhlər(0)
714 oxunma
Azəri blog xəbər
netty musabiqə 

Azəri Blog saytına sponsor Axtarılır.

Fərhad
Yanvar 24, 2008 10:39

Əziz AzeriBlog sevərlər,
Bildiyiniz kimi indiki zamanda internet sahəsi dünyada mubadilə olunan məlumatlar arasında çox böyük fəaliyyətə və gücə malikdir. İndi internet hər sahədə professional surətdə fəaliyət göstərir və dünyanin ən böyuk və keyfiyətli şirkətləri özlərini və öz xidmətlərini internet istifadəçilərinə tanıtdırmaq və yeni müştərilər tapmaq, muştərilərin sayını artırmaq üçün internetdə olan böyuk, keyfiyətli, tanınmış, məşhur və ən çox ziyarətçisi olan saytlarda reklam edirlər. İnternet məkanında blog xidməti göstərən saytlar hər hansı bir dildə olsalar belə öz xüsusiyyətlərinə və maraqlı xidmətlərinə görə internet istifadəçilərini cəlb etməkdədir. Və hal-hazırda dünya internet məkanında ən çox istifadə olunan xidmətlərdən biri məhz blog saytlarıdır. Məsələn: Blogger, Wordpress, Googlepage və s.
Onu qeyd edək ki, blog saytları istifadəçilər üçün azad bir sayt yaratmağa və öz düşüncələrini, fikir və layihələrini istifadəçilərlə paylaşmağa, məlunat və materiallar yerləşdirməyə kömək edən ən rahat internet resursudur. Bu resursa sahib olmaq üçün minlərlə internet istifadəçiləri tərəfindən bloglara axınlar olur.
Məhz bu cür imkanları ilk dəfə öz ana dilimizdə milli blog saytı olaraq xidmət göstərən AzəriBlog altı aydır ki, fəaliyyət göstərir.

www.azeriblog.com ünvanında yerləşən bu blog saytı çox az bir zaman içində Azərbaycan internet istifadəçilərininn ürəklərində taxt qurmuş, belə ki, bu az zamanda 893 fəal blogcu fəaliyyət göstərir. İndi saytda 1300 yazın blog yalnız ana dilimizdə xidmət göstərir və gündə 2 minə yaxın ziyarətçi mövcuddur. Saytımız dünya saytları içində ziyarətçi reytinqinə görə 132 min yerə sahibdir. (Məşhur alexa.com saytına əsasən)

Bildiyniz kimi saytımızın məqsədi Aərbaycan dilimizin internet məkanında zənginləşdirilməsinə nail olmaq, bu vasitəylə müxtəlif elmi, bədii, mənəvi, siyasi, mədəni və digər sahələrdə yazılar cəmləmək və şəkil, video, animasiya və s. materiallar cəm edərək geniş arxivə sahib olmaqdır.

İndi dünyanın ən məşhur axtarış sistemlərində axtarış nəticələrinin çoxu blog saytlarına mənsubdur. Amma təəssüflər ki, Azərbaycanda bu yöndə əksikliklər var və bizim məqsədimiz bu əksikliyi yaranan mövzu və materiallarla qaldırmaqdır. Biz əminik ki, çox az zaman ərzində blog saytımız internet məkanında öz layiqli yerini tutacaq. Bunun üçün statistikalara baxmaq kifayətdir.

Bu sözləri yazmağımızda məqsədimiz budur ki, AzeriBlog saytı Azərbaycan dilinin və internetinin inkişafını istəyən insanlar tərəfindən ərsəyə gətirilib. Fəqət saytımızın bu günə qədər heç bir sponsoru olmayıb və bütün xərclər yanlız saytın sahibi tərəfindən həyata keçirilib. Saytın davamlı olması və daha çox ziyarətçilərə və imkanlara sahib olması üçün geniş texniki imkanlara sahib olmaq lazımdır ki, bu da çox güclü hostinq və məbləq tələb edir. Buna görə də saytımızın etibarlı bir sponsora ehtiyacı yaranıb.

Əgər bu barədə hər hansı təklif və ya məsləhəylətiniz varsa xahiş edirik bizimlə əlaqə saxlayın. Sponsor tapılarsa onunla müəyyən şərtlər daxilində işləməyə hazırıq. Ümidvarıq istifadəçilərimiz bu yöndə bizlərə yardımçı olacaqlar. Əvvəlcədən hər şey üçün təşəkkürlər!

Hörmətlə,

AzəriBlog İdarə Heyəti

Şərhlər(2)
827 oxunma
Azəri blog xəbər
sponsor azeri blog reklam 

1473 boş yerə açılan blog silindi!

Fərhad
Yanvar 5, 2008 0:11

Əziz istifadıçilərimiz.‎

‎ AzeriBlog qaydalarına əsasən blog resurslarından düzgün istifadə ‎etmə naminə bu gün o istifadəçilər ki, AzeriBlogda hesab açıb və blog ‎yaradıblar və 3 ay müddətində heç bir yazı yazmayıblar həmin bloglar ‎‎(1473 blog ) avtomatik olaraq silindi.  Və bundan sonra hər üç aydan ‎bir öz blogunda heç bir yenilik etməyən, yazı yazmayan bloglar ‎avtomatik olaraq "AzeriBlog"dan silinəcəkdir.

Gəlin milli blogumuzu səliqəli saxlayaq və boş yerə bloglar ‎açmayaq. ‎

Gözəl və maraqlı bloglar yaratmaq arzusu ilə...

 Qeyd: O kəslər ki, bloglarında 3 yazı yazıb, material yerləşdiriblər, üç ay ərzində heç nə yazmasalar belə yuxarıdakı silinmə qaydası o bloglara aid deyildir.‎



Şərhlər(13)
1030 oxunma
Azəri blog xəbər

"AzeriBlog"da yeni xidmət "Alətlər"!

Fərhad
Dekabr 16, 2007 20:54

 Əziz blogcularımız və istifadəçilərimiz

Hər zaman sizə ən yaxşısını təqdim etməyə və xidmətdə sərhəd tanımamağa cəhd göstərmişik. Blogcularımız üçün Qurban Bayramı ərəfəsində yeni bir xidməti hədiyyə edirik. Artıq bundan sonra əsas səhifədə yuxarıda da gördüyünüz kimi "Alətlər" keçidi istifadəyə verilib.

Orada yeni alətlərlə bloglarınızı zənginləşdirə biləcəksiniz. Kiçik bir koddan istifadə edərək bunu blogunuzda reallaşdırmaq mümkündür. Yeni xidmətimiz isə "saat"lardır.

Ümid edirik ki, zamanı düzgün dəyərləndirib maraqlı materiallarla bloglarınızı zənginləşdirəcəksiniz. Zamanınız heç durmasın!

Uğurlar və mübarək olsun!



Şərhlər(3)
967 oxunma
Azəri blog xəbər
alətlər saatlar 

Bloglarda reklam xidməti

Fərhad
Dekabr 2, 2007 21:57

Əziz AzerBlog istifadəçiləri!

Artıq neçə aydır ki, saytımız heç bir sponsor və şirkətin dəstəyi olmadan öz fəaliyyətini göstərir. Saytımızın məqsədi və məramı Azərbaycan internet istifadəçilərinin sayını artırmaq, onlara pulsuz sayt yaratmaq imkanı yaratmaq, Azərbaycan internet məkanında ana dilli materialların, məlumatların sayını çoxaltmaq, həmçinin dilimizin inkişafına dəstək olmaq və bir çox xeyirli işlər olduğunu qeyd etmək bir daha yerinə düşərdi. Amma saytın hər ay maddi və texniki cəhətdən ödənməsi vacib olan məbləği var.

Bunun üçün hər bir AzeriBlog istifadəçisinin blogunda 120 x 240 reklam bölməsi yerləşdirmək qərarına gəldik. Ümidvarıq istifadəçilərimiz bizi anlayışla qəbul edər və öz dəstəklərini əsirgəməzlər. Onu da qeyd edək ki, saytın maddi çətinlikləri həll olunduqdan sonra bu reklam bölməsi ləğv olunacaq. Əgər sizlərində təklif, tənqid və ya məsləhətiniz varsa bizlərlə bölüşün.

Təşəkkürlər bizi seçdiyiniz üçün, uğurlar!



Şərhlər(11)
1080 oxunma
Azəri blog xəbər
blog reklam 

AzeriBlogda istifadəçilər üçün yeni imkanlar

Fərhad
Noyabr 4, 2007 22:42

AzeriBlog, Azərbaycanın ilk ve yeganə milli blog sistemi günbəgün yenilənir ‎və öz istifadəçilərinə yeni imkanlar təqdim edir. Dörd ay ərzində fəaliyyət ‎göstərən AzeriBlogun idarəçiləri və dəyərli istifadəçilərin verdikləri təkliflər ‎əsasında blog sistemimizə yeni imkanlar və müxtəlif xidmətlər əlavə olunub:‎

AzeriBlog sistemində istifadəçilər üçün yeni imkanlar:

- Yazıların neçə dəfə oxunma sayı: bu imkan vasitəsiylə blogunuzda hər yazının neçə dəfə oxunması barədə məlumat alacaqsınız.


- Əvvəlki yazılar: bu imkan sizin blogda olan yazıların ilk səhifəsindəkiləri yox, onlardan əvvəlki yazıların sayını və başlığını göstərir. Əgər siz xüsusiyyətlərdə “əsas səhifədə 10 yazı numayiş olunsun” bölməsini seçmisinizsə əvvəlki yazılar olan yerdə ən son 10 yazının başlığı görünəcək. Siz 10 yazı yerinə blog xüsusiyyətlərində digər sayı da yaza bilərsiniz.


- Keçidlərdə tıqlama sayı: bu imkan vasitəsilə hər blogda hansı keçidlər neçə dəfə ziyaratçılər tərəfindən ziyarət olunub bilmək mümkündür.


-  Bölmələrdə və arxivlərdəki yazıların sayı: bu imkan vasitəsilə blogçuların blogında hər hansı bölmədə və hər hansı ayda neçə yazının mövcud olunması bəlli və numayış olunacaq.


- Yazıların açar sözləri: blogçular bu imkan vasitəsilə yazılarda olan açar sözləri müəyyən edəcəklər. Açar sözləri yazıları məxsus mövzularda yerləşdirəcək və bir blogda mövzular içində axtarış asan və rahat olacaq.


-  Bloglarda Sorğu sistemi: hər blogçu öz hesabında, hər blog üçün sorğu yaratmaq imkanına malikdir və müxtəlif mövzularda blogda sorğu yarada bilərlər. Sorğular bloglarda nümayış olunacaq.

- Bloglarda sayqaç sistemi: hər blogdan gündə və ayda neçə dəfə ziyarət olunma AzeriBlogun bu yeni imkanı ilə məlum olacaq və istifadəçilərə bu barədə müxtəlif məlumatlar veriləcək. AzeriBlogun müsabiqəsində 5 ən çox ziyaratçi bloga bu sistem vasitəsiylə mükafat veriləcək. Blog sayğacı bu barədə məlumat göstərir: İndi blogda, Keçən ayın hiti, Dünənki hit, Bugünki hit və Ümumi hit.



-  Bloglarda Dost Blog sistemi:
hər hansı bir istifadəçi digər AzeriBlog istifadəçisinin blogunu öz blogunda nümayiş etdirmək istəyirsə bu imkandan istifadə edə bilər. Keçidlər sistemilə Dost Blog sisteminin fərqi budur ki:  Keçidlərdə istifadəçilər saytlar və digər sistemlərdə olan bloglara keçid verə bilərlər. Amma Dost Blog sistemi ilə yalnız AzeriBlog sistemində mövcud olan bloglara keçid verə bilərlər. Bu sistemdə hər blogın nə zaman yenilənməsi də ziyarətçilərə məlum olacaq və tıqlamaların sayı da bəlli olacaq. Beləliklə hər blogçu öz dost bloglarının yenilənməsındən ( 24 saat ərzində ) xəbərdar olacaq və o zaman dostlarının bloglarını ziyarət edəcəklər.


- Ping sistemi: bu imkan vasitəsilə AzeriBlogdaki bloglar yenilənən zaman, məşhur saytlarda ping! olunacaq. Yəni o saytlarda blogun yenilənməsi barədə xəbərdarlıq olacaq. Bu sistemi aktiv və ya passiv etmək üçün blog xüsusiyyəti bölməsindən istifadə edə bilərsiniz.

- Şərhlərdə spama qarşi təhlükəsizlik kodu.

 - Yeni Stillər: və ən nəhayət AzeriBlog stillərinə 10 yeni gözəl stil əlavə olundu və saytımızın stillərinin sayı 20 oldu. Hər hansı stilin dizaynın bəyənirsinizsə seçə bilərsiniz!

 
Diqqət: əgər siz Azəri blogın ilk istifadəçilərindənsiniz və bu imkanlar sizin blogda aktiv deyil xahiş olunur öz blog stilinizi dəyişin və yeni stili seçməklə və ya yenidən indiki stili seçməklə yuxarıda yazılan imkanlar sizin blogda aktiv olacaqdır. Unutmayın ki, əgər blogunuzda əlavə kodlar (məsələn: saat, sayqac sistemləri və s. kodlar) varsa olari kopyalayın ve stili deyişəndən sonra yenidən blogunuza əlavə edin.

 

Saytın əsas səhifəsinə əlavə olan yeni imkanlar:

- Ən son fəal blogçular: bu imkan AzeriBlog sistemində 10 ən son fəal blogçu, yəni hisabına daxil olan istifadəçiləri göstərir. Bu imkan sayt istifadəçiləri və sayt ziyarətçılərinə AzeriBlogun aktiv və fəal istifadəçiləri ilə tanış olma imkanı verir. Həmçinin bu imkan fəal blogçuların bloglarının ziyaratçisinin çoxalmasında da rol oynayır.

- Yeni yazılanlar: bu imkan AzeriBlogda 10 ən yeni yazılan blogları göstərir. Bu o deməkdir ki, yenilənən blogları AzeriBlogun əsas səhifəsində bir növ reklam olunur. Bu imkan da blogun tanınmasında və ziyarətçi qəbul etməsində fəal rol oynayır.

Yeni yarananlar: Bu imkan AzeriBlogda 10 ən yeni yaranan bloglar nümayiş etdirir.

- Çox baxılanlar: bu imkan AzeriBlog sistemində mövcud olan blogların 10 ən çox baxılan, yəni çox ziyarətçisi olan blogları göstərir. O bloglar ki, ümumi hitləri AzəriBlog sayqac sistemi əsasıyla digər bloglardan çoxdur. Qeyd etmək istərdik ki, AzeriBlogda olan müsabiqədə 5 ən çox ziyarət olunan blog qalibləri bu sistem vasitəsiylə təyin olunacaq.

Açar sözlər: bu imkan AzeriBlogda olan blogların yazılarının açar sözlərin göstərir. Hər hansı açar sözu bloglarda çox təkrar olsa burada qalın surətdə numayiş olunacaq. Bu açar sözlər də axtarış sistemlərində blogunuzun daha tez axtarılmasına və ziyarətçi qəbul etməsinə zəmin yaradacaq.



Şərhlər(5)
1046 oxunma
Yeniliklər
azəri-blog blog imkanlar 

‎“AzeriBlog”dan blogçulara mükafat‎

Fərhad
Sentyabr 5, 2007 22:35

AzeriBlog sistemində mövcud olan fəal blogcular üçün hər il müsabiqə təşkil ‎olunacaq və AzeriBlog saytının doğum günü (İyul 21) keçiriləcək tədbirdə ‎müsabiqənin qaliblərinə müəyyən olunmuş, müxtəlif hədiyyələr veriləcək.

Hədiyyələr mobil telefonu, İpod MP3 player, Mobil üçün kontur, İnternet ‎kartları, nəğd pul və s. mükafatlardan təşkil olunacaq.

‎20 blogcuya 20 hədiyyə:

•    ‎5 blogcu, hansı ki, bloglarının dizaynı və səliqəsi həddən artıq əla ‎olsun;‎
•    ‎5 blogcu, hansı ki, blogları ən çox ziyarətçiyə sahib olsun;‎
•    ‎10 blogcu, hansı ki, aşağıdakı kateqoriyalara sahib olsun:‎

‎1.‎    Məlumatların və yazıların yenilənmə tezliyi
‎2.‎    Məlumatların originallığı və yüksəklik səviyyəsi
‎3.‎    Azərbaycan dilinin qrammatik qaydalarına riayət olunması

Mükafata nominant olmuş blogçu iddiaçılarının qalibləri, resursların virtual ‎səsvermə və virtual jürinin səsverməsi  nəticəsində seçiləcəklər və mərasımdə ‎adları müəyyən olacaq və mukafatlanacaqlar. ‎

Hamınıza bol məlumatlı, səliqəli və gözəl bloglar yaratmaq arzulayır və ‎AzeriBlog tərəfindən mükafatlara sahib olmanızı diləyirik!‎

P.S. Müsabiqə üçün təklifləriniz, məsləhətləriniz, tənqidləriniz varsa buyurub ‎şərhlər vasitəsiylə bizimlə bölüşə bilərsiniz.



Şərhlər(34)
1602 oxunma
Azəri blog xəbər

AzeriBlogda şifrə problemi

Fərhad
Avqust 8, 2007 22:13

Əziz istifadəçilər,

Saytın proqramında təhlukəsizlik üçün bəzi dəyişiklər etdiyimizə görə istifadəçilər köhnə şifrələriylə öz hisablarina daxil olmamaqdadırlar. Xahiş olunur bütün qeydiyyatdan keçən istifadəçilərimiz saytin əsas səhifəsində Şifrənizi unutmusunuz? keçidi üzərinə tiqlayıb və e-mailinizə gələn yeni şifrədən istifadə edərək daxil ola bilərsiniz.

Bu narahatçılığa görə dönə-dönə üzr istəyirik.

O istifadəçilər ki, bu vaxta qədər aktivlik kodu almayıblar, bizimlə əlaqə saxlasınlar ki, onlara bu işdə köməklik edək. Təşəkkürlər!


Şərhlər(6)
803 oxunma
Azəri blog xəbər

10 yeni stil istifadənizdə

Fərhad
İyul 23, 2007 18:50

Əziz blogçular

AzeriBlog xidməti olaraq yeni imkanlarımız artmaqda davam edir.

Hal-hazırda 10 bir-birindən gözəl stillərlə istifadəçilərimizin ixtiyarındayıq. Bunun üçün siz „Blog görünüşü“ bölməsindəki „Stillər“ səhifəsinə keçərək ürəyinizə yatan hər hansı bir stilin üzərinə vuraraq blogunuzun görünüşünü dəyişdirə bilərsiniz.

Buyurub, xeyirliklə istifadə edin.

Hər hansı problem və ya təklifiniz olduqda bizlərə bildirməyi unutmayın. Yeni imkanlar və əlavələrimiz davam edəcək. AzeriBlog həqiqi mənada sizin blogunuz olmaqda iddialıdır!



Şərhlər(22)
952 oxunma
Yeniliklər

AzeriBlog, xoş gəldin!‎

Fərhad
İyul 21, 2007 22:38

AzeriBlog saytı öz rəsmi fəaliyyətini bu gündən etibarən başladı.

Bir neçə ay, gecə-gündüz zəhmətlərdən sonra artıq AzeriBlog saytı mükəmməl bir şəkildə, öz pulsuz ‎blog xidmətini siz əziz millətimizə və dünyada yaşayan azərbaycanlı soydaşlarımıza çox gözəl və ‎faydalı imkanlarını təklif edir.

AzeriBlog saytının yaranma səbəblərindən biri də internetdə ana dilimizdə olan resursların daha da ‎geniş şəkildə vüsət alması və inkişafından ibarətdir. Həmçinin ana dilimizin internet məkanında ‎tanınmasında da müstəsna rol oynayacağımıza şübhə etmirik.‎
Biz əminik ki, sadaladığımız məqsədlərə nail olmaq üçün siz dəyərli istifadəçilərimiz bizə ‎köməkliyinizi əsirgəməyərək, maraqlı məlumatlar, materiallar və xəbərlərlə öz şəxsi bloglarınızı ‎işıqlandıracaqsınız. Həmçinin sizlərin təklifləriniz, iradlarınız və tənqidləriniz də bizim üçün ‎dəyərlidir!

Bu gün Azərbaycan internet məkanında ilk milli blog sistemi olan AzeriBlog saytının doğum ‎günüdür. Biz AzeriBlog İdarə Heyəti olaraq çalışacağıq ki, AzNet məkanında ilk addım olan bu günü ‎xüsusi qeyd edərək, siz dəyərli istifadəçilərimizi sevindirək.

Saytımız bir neçə gün ərzində beta versiyası ilə fəaliyyət göstərəcək. Buna səbəb isə bəzi xidmətləri ‎yoxlamaq, çatışmamazlıqları aradan qaldırmaq, qüsurlar varsa düzəltməkdən ibarətdir. Siz dəyərli ‎istifadəçilərdən də xahiş edirik ki, əgər hər hansı bir problemlə qarşılaşsanız bizimlə əlaqə saxlayıb ‎bildirəsiniz. İnşallah tezliklə saytımız heç bir problem olmadan, mükəmməl bir hala salınıb fəaliyyət ‎göstərəcək.

Əziz ziyarətçilərimiz, “AzeriBlog”da blogunuz yoxdursa, bir dəqiqə ərzində bir bloga sahib olmaq ‎imkanını qaçırmayın, peşman olmazsınız! Özünüzə məxsus şəxsi blog yaradaraq Azərbaycan internet ‎məkanında blog mədəniyyətinin inkişafı üçün öz töhvənizi əsirgəməyin! Bir gün hər kəs blogcu ‎olacaq! Uğurlar!



Şərhlər(7)
963 oxunma
Azəri blog xəbər


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog