AzəriBlog Oktyabr ayında
FərhadNoyabr 12, 2008 12:05
Əziz dostlar, blog həvəskarları və AzəriBlog fanatları. Xanımlar və cənablar!
Bundan sonra AzəriBlog sisteminin ötən aydakı statistikasını Google Analytics (Dünyanın ən güclü və məşhur statistika sistemi) sayğac sistemində araşdırıb rəsmi xəbər blogunda yerləşdirəcəm və və bu barədə izahlar yazacağam.
Oktyabr ayında demək olar ki, sistem normal işləyib. Statistikaya əsasən saytı ziyarət edənlərin sayı kəskin surətdə dəyişməyib:

Ötən müddət ərzində sistemdə ziyarətçilərin Host (İP) sayı 5500 və 8000 arasında dəyişib.
Gördüyünüz kimi, oktyabr ayında 199,866 Host (İP) və 534,365 Hit (Page Views) olub. Hər hostdan gələn ziyarətçi 2.67 Hitə sahibdir.

Oktyabr ayında bloglara gələn ziyarəçilərin 45.77% axtarış sistemləri və saytlardan (əsasən Google axtarış saytınd) daxil olublar. Bu statistika sistemimizin SEO cəhətdən nə qədər yüksək vəziyyətdə olduğunu göstərir. Ziyarətçilərin 37.03% müxtəlif bloglar və saytlarda olan keçidlər vasitəsilə, 17.12% müstəqil surətdə və 0.08% isə başqa yollarla AzəriBlog bloglarına daxil olublar.
Hörmətli dostlar, aşağıdakı statistikaya əsasən keçən ayda (Oktyabr 2008) 137 821 nəfər (Absolute Unique Visitors) AzəriBlog saytını ziyarət edib. Bu bizim sistem üçün çox əla bir rəqəmdir.

Aşağıdakı statistika ziyarətçilərin hansı Brauzerdən istifadə etdiyini və və onun sayğacını göstərir:

Həmçinin bu yazı dərc olan zamana kimi AzəriBlog istifadəçilərin sayı belədir:
İstifadəçilər:6237 Qeydiyyatlarını aktiv edənlər:5901 və Qeydiyyatların aktiv etməyənlər:336. Blogların ümumi sayı:7170
Bu yazı dərc olunan vaxta kimi bloglarda açılan bölmələrin sayı:15157, Bloglardakı yazıların sayı:67337, blog yazılarında şərhlərin sayı:42591 və bloglarda digər saytlar və digər sistemdəki bloglara keçidlərin sayı:6696-dan ibarətdir.
Ümidvarım ki, qeyd olunan statistika istifadəçilərimiz üçün faydalı olacaq və AzəriBlogun gündən-günə genişlənməsi və Azərbaycanda inkişafına kömək olacaq.
Mayısdan bu yazıda etdiyi köməklər üçün minnətdaram.
Şərhlər(6)
647 oxunma
Azəri blog xəbər
azəriblog statistika sayqaç reklam inkişaf


Fərhad bəy
Noyabr 12, 2008 15:11bu sizin uğurunuzdu...
(yaxşı ki, www.azeriblog.com var!)