Nəhayət AzNetin blogçuları arasında ilk qeyri-rəsmi görüş baş tutdu. Görüşün təşkilatçısı AzeriBlog olaraq onu deyə bilərik ki, ilk görüş səmərəli keçdi. Görüşdə blogcular bir-biri ilə tanışlıqla birgə AzNetdə blog inkişafı, saytların keyfiyyəti, reklamçılıq və bir çox faydalı müzakirələr apardılar. Əsasən də AzeriBlogla əlaqədar olaraq yeni imkanlar, məsləhətlər və tənqidlər dilə gətirildi. Daha nə kimi imkanların ola biləcəyindən söhbət açıldı. Ümidvarıq ki, bucür görüş və tədbirlər rəsmi olaraq da mütəmadi qeyd olunacaqdır.
Gələn görüşlərədək...
Davamı...
Əziz Blogçular,
Siz nə vaxtdır blogda yazırsınız? Gündə neçə dəfə blogunuza baxırsınız? Gündə hansı blogları ziyarət edirsiniz? Neçə blogun yazarını yaxından tanıyırsınız? Neçə blogu öz dostunuz kimi blogunuza əlavə etmisiniz? Onları sizə maraqlı olduğuna görə blogunuza əlavə etmisiniz yoxsa həmin blogun yazıları sizə maraqlıdır ona görə? Bu və digər sualların cavablarını ətraflı olaraq müzakirə etmək üçün blogçuların ilk real görüşünə hazırsınızmı?
AzəriBlog artıq 10 aydır ki, fəaliyyətdədir. Bu yazını yazmaqda məqsədimiz AzəriBlog İdarə Heyəti ilə siz hörmətli blogcuların real olaraq görüşünü təyin etməkdir. Bu görüşdə yaş, cins, peşə fərqi olmadan AzəriBlog blogcularının bir-biri ilə yaxından tanışmasını reallaşdırmaqdır. Görüş ərəfəsində maraqlı söhbətlər, faydalı məsləhətlər, tənqid və təkliflər müzakirə olunacaq. Bu görüşdən məqsəd sırf yaxından tanış olmaq və “AzəriBlog”umuzun inkişafı və təkamülüdür!
İndi siz dəyərli blogçulardan görüş üçün bir neçə sual soruşulacaq ki, xahiş edirik bu suallara şərhlər bölməsində cavab yazasınız:
- Bu görüşdə iştirak edəcəksinizmi? Əgər cavabınız müsbətdirsə ad, soyad və blogunuzun adını yazın.
- Bu görüş üçün hansı günü və tarixi münasib bilirsiniz? Bazar günü aprel ayının 27-si, Bazar ertəsi aprelin 28-i, çərşənbə axşamı aprelin 29-i yoxsa çərşənbə günü aprel 30-u?
- Görüş məkanı üçün haranı təklif edirsiniz? (Biz Milli park, bulvarda olan kafelərin birini məsləhət bilirik)
- Görüş axşam saat 18-dən 20-dək olacaq. Razısınızmı?
Bir həftədən sonra sizin şərhlərinizə əsasən qərarın dəqiq günü, məkanı və saatı məlum olacaq və bu yazıda əlavə olunacaq. Xahiş olunur bloglarınızda bu barədə digər blogçuları da xəbərdar edin.
Hamınızı səbrsizliklə gözləyirik!
Əlavə 1: (Aprel 17)
Xahiş edirik ki, görüşə qatılacaq dostlar bu işə ciddi yanaşsınlar. Görüşə qatılma ehtimalı az olanlar isə bu siyahıya qatılmasalar daha yaxşı olar. Çünki görüşün rəngarəng və maraqlı keçməsi üçün bəzi tədbirlər həyata keçiriləcək.
Əlavə 2 və son (Aprel 21)
Əziz blogcular,
Şərhlərin və müzakirələrin nəticəsi olaraq Bazar günü, aprelin 27-si Sahil bağında (köhnə 26-lar heykəlinin qarşısı) saat 18:00 – dan 19:00-a qədər AzeriBlog forumçularının və digər sistemtlərdə fəaliyyət edən blogçuların ilk real görüşü təşkil olunacaq. İmkanı, marağı və zamanı olanlar buyurub gəlsinlər. Görüşənədək!
Ətrafli məlumat üçün:
Tel: 055 720 30 01, adı: Turxan Gerb
E-Mail : info@azeriblog.com
AzəriBlog İdarə Heyəti
Xatırlayırsınızsa bir neçə həftə öncə qeyd etmişdik ki, AzeriBlog sistemi maddi cəhətdən bəzi çətinliklərini yaşamaqdadır. Bizlər AzNet məkanında ilk ana dilli və yüksək keyfiyyətli blog sistemimizi açarkən daha çox ümidli idik və zənn edirdik ki, bizə kömək göstərənlər tapılacaq.
Əfsuslar olsun ki, sponsor axtarışlarımız da faydasız oldu! Həmçinin bloglarda reklam xidməti də özünü aktiv şəkildə göstərmədi. Bu xidmətə də meyl edən dostlarımız tapılmadı. Onu qeyd edək ki, bu xidmətləri verməklə həm xidməti verən bizlər, həm də xidməti alan sizlər də faydalanmış olurduq.
Növbəti xidmətimiz isə ondan ibarətdir ki, əgər kimsə AzeriBlog saytına reklam müştərisi taparsa, tapan şəxsə reklam gəlirlərinin 20%-i veriləcəkdir.
Vurğulamaq istərdik ki, maddi çətinlik çəkməyimiz AzeriBlogda yeniliklərin səngiməsinə səbəb olacaqdır. Bu da heç kimə fayda gətirməz. Siz istifadəçilərimiz və ziyarətçilərimiz maraq və həvəs göstərsəniz həm siz qazanarsınız, həm AzəriBlog qazanar, həmçinin AzNetimiz qazanacaqdır!
Əziz istifadəçilər,
Bəzən blogçularımızın bəziləri (çox azı əlbəttə) bloglarında digər saytlardan və bloglardan yazıları necə var elə də götürüb öz bloglarında yerləşdirirlər! Yazını bütünlüklə götürüb heç bir istinad vermədən hər hansı sayt və ya blogda istifadə etmək nə əxlaqa, nə də müəllif hüquqlarına aidiyyatı var. Həmçinin AzeriBlog sistemi qanununa da ziddir!
Əslində blog onun üçündür ki, blogcu öz fikir və düşünələrini, bir gündəlik kimi qeyd etsin və əgər digər mənbələrdə dəyərli və maraqlı materiallar varsa da onlardan qısa sitat gətirərək istinad versin. Xəbəri digər resurslardan br növ oğurlamaqla nəyəsə nail olmaq olmaz! Əslində bir yazının bir neçə blogda yayınlanması həm zaman itkisi, həm də sistemdə boş-boşuna yer tutmaya səbəb olur. İndi siz təsəvvür edin ki, nə qədər bloglar var ki, digər bloglardan ancaq və ancaq “copy-paste” etməklə məşğuldurlar. Bu cür blogların nə sistemimizə, nə internet istifadəçilərimizə, nə də blog sahibinə xeyri var.
AzeriBlog qaydalarına əsasən hər hansı blog digər sayt və bloglardan istinadsız yazılar dərc etsə həmin blog bağlanacaq və hətta blgcunun hesabının silinməsi cəzası da mövcuddur. Amma bir qısa istinad, mənbə göstərilsə heç bir problemi yoxdur!
AzeriBlogun məqsədi və məramı bu cür oğurluqların qarşısını almaq, sistemdə faydalı, xeyirli yazıların yazılması, tanıdılması və qiymətləndirilməsi. Həmin yazılara və yazarlara sahib çıxmaqdır! Gəlin birlikdə bu cür oğurluq hallarına qarşı çıxaq və mübarizə aparaq və netimizi inkişaf etdirək!