Artıq yeni stillər sistemə əlavə olundu, 10 yox, 20 yox, birbaşa 40 yeni stil!
Yeni stillərimizdə çalışmışıq ki, SEO xidmətinə tam surətdə uyğun olsun ki, blogların yazıları ən qısa zamanda axtarış sistemləri o cümlədən Googledəki axtarış səhifədə peyda olsun. Və bu səbəb olacaq ki, yazılarınız axtarış nəticələrində ilk səhifələrdə nümayiş olsun və bloglarınızın ziyarətçiləri artsın.
Sistemdəki köhnə stillərdə də bu yenilikləri edib sistemdə yenidən yerləşdirəcəyik.
Əziz dostlar system kodlarında SEO üçün dəyişiklər olub, ona görə əgər bu işdə peşəkar deyilsinizsə, xahiş edirik kodlarda dəyişiklər etməyin. Həmçinin istifadəçilərimizdən istəyirik ki, yad scriptlərdən bloglarında istifadə etməsinlər, çünki bəzən bu scriptləri təklif edib və yaradanlar script vasitəsiylə bloglarda reklamlar nümayiş edirlər və blogların dizaynı korlayırlar, bu da sizin bloga çox mənfi təsir edir.
Həmçinin yeni stillərdə XəbərNamə və bəzi məşhur keçid paylaşma saytlarının düymələri hər yazının altında yerləşib ki onların vasitəsiylə blog sahibləri və ya ziyarətçiləri yazıları bu sistemlərə göndərə bilərlər və bu saytlar və sistemlərdən bloglar üçün ziyaratçi qazana bilərlər. Əlavə olaraq da öz bloglarındakı yazıları bir çox məkanda bir çox insanlarla bölüşə bilərlər!
AzəriBlogda yeniliklər davam edəcək.
Hörmətlə,
AzəriBlog İdarə Heyəti
