Azərbaycan internetinin təmsilçisi- AzeriBlog!
"Bizim blog sistemimiz digər dillərdə olan blog sistemlərindən daha yaxşıdır"
1 yaşı tamam olan AzeriBlog-un rəhbəri Fərhad Əsgərzadənin "Qaynar.info"-ya eksklüziv müsahibəsi
Bir il əvvəl Azərbaycanın internet məkanında ilk dəfə AzeriBlog (azeriblog.com) adlı milli blog sistemi fəaliyyətə başlayanda bəlkə də çoxları onun qısa zamanda bu qədər populyar olacağını gözləmirdi. Amma sistem sürətlə inkişaf etdi, minlərlə blogu ətrafında birləşdirdi.
Blog- sadə dildə desək, internet gündəliyi, fərdi saytdır. Hər kəs AzeriBlog-da özünə pulsuz blog yaratmaq, ora istədiyi materialları yerləşdirmək və peşəkar saytlar kimi yaymaq imkanına malikdir. AzeriBlog Azərbaycan istifadəçilərinə bu imkanı verməklə, milli internet məkanının inkişafına sürətli təkan verdi, internet və blog mədəniyyətinin yayılmasına yardımçı oldu.
1 yaşını qeyd edən AzeriBlog-un gələcək planlarını öyrənmək üçün sistemin yaradıcısı və rəhbəri Fərhad Əsgərzadədən aldığımız müsahibəni sizə təqdim edirik.
Davamı...
Bu günlərdə "Mediaforum.az" saytı Azəriblog admini Fərhad Əsgərzadədən müsahibə götürüb. Blog istifadəçilərinin marağını nəzərə alıb həmin müsahibəni burada yerləşdiririk.

Azərbaycanın əksər internet istifadəçiləri «azeriblog.com» saytını tanıyır. Amma az adam bilir ki, bu saytın yaradıcısı cənublu soydaşımızdır. Bugünlərdə «Media forum» həmkarımızı yaxından tanımaq şansı əldə edib.
Əsgər Əsgərzadə Fərhad 1976-cı ildə Ərdəbildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Həmədan Universitetinə daxil olub. Sonra Tehrana köçüb və 10 ildir İran paytaxtında yaşayır. Bakıya çox gəlib. Amma yaratdığı «azeriblog.com»ın istifadəçiləri ilə ilk görüşü bu yaxınlarda baş tutub. 4 minə yaxın bloqçusu var saytın. Gündə ən azı 11 yeni istifadəçi qeydiyyatdan keçir.
- İnternet bilikləriniz hardandır? Bunun üçün hər hansı bir kurs keçmisinizmi?
- Mənim universitet təhsilim internetlə, informasiya texnologiyası ilə bağlı olmayıb, kompüter proqramlarını öz həvəsimə öyrənmişəm. Yeddi-səkkiz il öncə internetdə işləməyə başlamışam, dizayn məsələlərini, sayt yaratmağın sirlərini yavaş-yavaş mənimsəmişəm.
- Deməli, «azeriblog»a qədər də saytlar yaratmısınız...
- Bəli, bir çox şirkətlər üçün saytlar yaratmışıq. Həmçinin şəxsi saytlar. Amma «azeriblog.com» Azərbaycan dilində yaradılmış ilk saytdır. Saytın yaradılmasında məqsəd ana dilimizin inkişaf etdirilməsidir. 10 ay bundan əvvəl belə bir bloq yaratmağa başladım.
- Yaranma prosesi haqqında nə deyə bilərsiniz?
- Bloq, bildiyiniz kimi, internet aləmində çox məşhurdur. Dünyanın istənilən nöqtəsində arzu edən hər kəsin bloqu var. Azərbaycanın saytlarına baxardım. Dost-tanışdan soruşdum ki, Azərbaycanda bloq saytı varmı? Dedilər yoxdur, bildim ki, buna ehtiyac var. Və yaratdıq. 2007-ci il iyulun 21-də yaranıb.
Davamı...