AzəriBlog saytının fəaliyyətindən artıq 1 il keçdi. Və bu gün yəni 21 iyul AzəriBlogun doğum günüdür. Bu günü dəyərli istifadəçilərimizə təbrik edir və onların keçən ildə bizə dəstək olduqları üçün təşəkkür edir və öz minnətdarlığımızı bildiririk.Bu keçən bir ildə AzəriBlogun çoxlu nəaliyyəti oldu və demək olar ki, ilk il AzəriBlog üçün uğurlu bir il kimi keçdi. Arada bəzi problemlər də oldu amma bunların hamısı AzəriBlogun uğurları arasında itəcək və gözə görsənməz.
Öncədən qeyd etdiyimiz kimi, gərək bu gündə bir mərasim qeyd oluna və AzəriBlogun ilk ad günü rəsmi surətdə blog istifadəçiləri arasında təntənəli bir marasımdə keçiriləydi və bu gündə AzəriBlogun ilk ilinin ən yaxşi blogları da təqdim oluna və onlara mükafatlar və hədiyyələr veriləydi. Amma bəzi problemlərə görə o cümlədən mərasim üçün sponsorun olmamağı və bu barədə maddi ehtiyacların təmin olunmaması ən əsas problemimizdir.
Buna görə belə fikirləşdik ki, AzəriBlogun ilk ad günü mərasimi olmasın və inşallah ikinci ildə bu mərasim qeyd olunsun və bizdə indidən o gün üçün imkanlarımızın olmasını dua edək.
AzəriBlog sisteminin ilk blogcular müsabiqəsində elə saytın ikinci ad günündə qeyd olunacaq və müsabiqə bərpa olacaqdır.
İndi biz AzəriBlog sisteminin yeni imkanlarını yaradır, inkişaf etdiririk. Sayta yeni dizayn hazırlayırıq və inşallah iki-üç aydan sonra AzəriBlog sisteminin yeni versiyası aktiv olacaq ve sayt artıq betadan çıxacaq.
İlk ildə fəaliyyətimizdən çoxlu dərslər aldıq, istifadəçilərimizdən çoxlu şeylər öyrəndik və təcrübələrimizi artırdıq. Ümid edirik ki, yeni ildə bütün fikrimizdə olan planları sistemdə reallaşdıraq və bütün planlarımız uğurlu getsin.
Yazının sonunda yenə də saytın genişlənməsində və popular bir sayt olmasında etdiyi köməklərə və dəstəyə görə öz dəyərli dostlarımıza, AzəriBlog sisteminin əziz istifadəçilərinə dərin minnətdarlığımı bildirir və onlara təşəkkür edirəm. İnşallah saytın yeni il fəaliyyətində əziz istifadəçilərin yardımları bundan da artıq olacaq və saytımız günbəgün inkişaf edəcəkdir.
Bütün istifadəçilərimizə bu günü təbrik edərək onlar üçün bütün sahələrdə uğur arzulayıram.
Fərhad Əsgərzadə
Siz nə vaxtdır blogda yazırsınız? Gündə neçə dəfə blogunuza baxırsınız? Gündə hansı blogları ziyarət edirsiniz? Neçə blogun yazarını yaxından tanıyırsınız? Neçə blogu öz dostunuz kimi blogunuza əlavə etmisiniz? Onları sizə maraqlı olduğuna görə blogunuza əlavə etmisiniz yoxsa həmin blogun yazıları sizə maraqlıdır ona görə? Bu və digər sualların cavablarını ətraflı olaraq müzakirə etmək üçün blogçuların ilk real görüşünə hazırsınızmı?