Bloglarda Oğurluq!‎

Yazar: Admin @ Aprel 14, 2008 18:02

Əziz istifadəçilər,

Bəzən blogçularımızın bəziləri (çox azı əlbəttə) bloglarında digər saytlardan və ‎bloglardan yazıları necə var elə də götürüb öz bloglarında yerləşdirirlər! Yazını ‎bütünlüklə götürüb heç bir istinad vermədən hər hansı sayt və ya blogda istifadə ‎etmək nə əxlaqa, nə də müəllif hüquqlarına aidiyyatı var. Həmçinin AzeriBlog sistemi ‎qanununa da ziddir! ‎

Əslində blog onun üçündür ki, blogcu öz fikir və düşünələrini, bir gündəlik kimi qeyd ‎etsin və əgər digər mənbələrdə dəyərli və maraqlı materiallar varsa da onlardan qısa ‎sitat gətirərək istinad versin. Xəbəri digər resurslardan br növ oğurlamaqla nəyəsə nail ‎olmaq olmaz! Əslində bir yazının bir neçə blogda yayınlanması həm zaman itkisi, ‎həm də sistemdə boş-boşuna yer tutmaya səbəb olur. İndi siz təsəvvür edin ki, nə ‎qədər bloglar var ki, digər bloglardan ancaq və ancaq “copy-paste” etməklə ‎məşğuldurlar. Bu cür blogların nə sistemimizə, nə internet istifadəçilərimizə, nə də ‎blog sahibinə xeyri var.‎

AzeriBlog qaydalarına əsasən hər hansı blog digər sayt və bloglardan istinadsız ‎yazılar dərc etsə həmin blog bağlanacaq və hətta blgcunun hesabının silinməsi cəzası ‎da mövcuddur. Amma bir qısa istinad, mənbə göstərilsə heç bir problemi yoxdur!‎

AzeriBlogun məqsədi və məramı bu cür oğurluqların qarşısını almaq, sistemdə ‎faydalı, xeyirli yazıların yazılması, tanıdılması və qiymətləndirilməsi. Həmin yazılara ‎və yazarlara sahib çıxmaqdır! Gəlin birlikdə bu cür oğurluq hallarına qarşı çıxaq və ‎mübarizə aparaq və netimizi inkişaf etdirək!‎

  Yazılar cəmi: 1