Xahiş edirik qısa zamanınızı ayırıb bu məqaləni oxuyun.
- Bu gün 804 qeydiyyatdan keçmiş amma bircə dəfə də istifadə olunmamış hesablar silindi. Bu cür hesabların açılması və boş yerə domainlərin tutulması AzəriBlog üçün və onun istifadəçiləri üçün zərərdən başqa bir şey deyil.
- İstifadəçilərimizdən sistemimizin genişləməsi və daha da inkişaf etməsi üçün AzəriBlog əsas səhifə ve bloglar səhifəsindəki sponsor reklamlarına tıqlamağı və əgər ehtiyacları olacaqsa oradakı xidmətlərdən faydalanmağı məsləhət bilirik. Reklamlara tıqlamaq bizə dəstək olmağınıza səbəb olacaqdır. Və bu yolla yeni-yeni imkanlar və xidmətlərə səbəbkar olacaqsınız.
- İstifadəçilərimizdən növbəti xahişimiz budur ki, şəxsi məlumatlarında mövcud olan e-mailləri yoxlasınlar. Çünki bəzən blogcularımıza yeniliklər və müəyyən dəyişikliklər haqqında sistem tərəfindən mail göndərilir. Göndərdiyimiz maillər yanlış yazdığınız e-mailə getdikdə geri qayıdır və bu bizim e-mail sistemində problemlərə yol açır.
- Bu yaxınlarda istifadəçilərimizdən biri AzəriBlog qaydalarını pozduğu üçün blogunu bağlamışdıq. Belə ki, öz blogunda İslam Peyğəmbərinə böhtan, yalan və təhqir edici cümlələr istifadə etmişdir. Bu da bizim blogun qaydalarına uyğun olmadığı üçün bu addımı atmışıq. Həmin istifadəçimiz bir neçe mail qruplarında AzəriBlogu pisləmə kompaniyasına başlayacağını bildirmişdi. Onu qeyd edək ki, kimliyindən aslı olmayaraq hər hansı bir dinə və ya məzhəbə təhqir yağdıran bloglar qapadılacaqdır! Hami bir nəfər kimi AzəriBlog qaydalarına tabe olmaq məcburiyyətindədir. Blog yaratmadan öncə bütün istifadəçilər bu qaydaları qəbul etdiklərini bildirirlər. Bu qaydalara tabe olmayanların bloglarının qapadılmasından normal bir şey olmadığını vurğulamaq istəyirik.
- Xatırlayırsınızsa sismemimiz fəaliyyətə başlayanda hər il AzəriBlogun yarandığı gündə (21 İyun) müsabiqə təşkil edəcəyimizi və həmin ilin ən yaxşı, ən fəal blogunu və blogcusunu seçəcəyimizi vurğulamışdıq. Seçilən blog və blogçular AzəriBlog tərəfindən müəyyən hədiyyələrlə mükafatlandırılacaqlar. Onu qeyd edək ki, doğum gününə iki həftə qala istifadəçilərimizə bu barədə ətraflı məlumat veriləcəkdir.
- Son olaraq da bir məsələni diqqətinizə çatdırmaq istırdik. Bəzi istifadəçilərimiz bloglarında digər saytlardan alınan kodlardan, scriptlərdən istifadə edirlər. Bu cür uyğunsuz alətlər sizlərin bloglarını zədələməkdən və gözdən salmaqdan başqa bir işə yaramır. Biz dəfələrlə blogcularımıza yeni imkanlar və xidmətlər barəsində bizlərə məsləhət verməkləri və istəklrini bildirmələri barədə xəbər vermişdik. Biz sizlər üçün ən uyğun və məsləhətli nə varsa etməyə hazırıq. Bloglarınızda istifadə etdiyiniz yad kodlar və scriptlər sizin blogunuzun geç açılmasına, blogun görünüşünün bərbad vəziyyəti düşməyinə səbəb olur. Həmçinin bu xidmətin AzəriBlog tərəfindən həyata keçirildiyi kimi görünməkdədir ki, bu da bizim imicimizə zərər verir.
İstifadəçilərimizdən bu cür kodları, zərərli scriptləri saylarından götürməyi, əgər hər hansı kod və ya scripti məsləhət bilirlərsə bizlərlə bölüşməyi xahiş edirik. Biz həmin imkanı və xidməti AzəriBlog olaraq səliəqli və rahat bir şəkildə sizlərə təmannasız bəxş etməyə çalışacağıq.
Bu məqaləni oxuduğunuza görə hər birinizə təşəkkürlər və uğurlar!