Xatırlayırsınızsa bir neçə həftə öncə qeyd etmişdik ki, AzeriBlog sistemi maddi cəhətdən bəzi çətinliklərini yaşamaqdadır. Bizlər AzNet məkanında ilk ana dilli və yüksək keyfiyyətli blog sistemimizi açarkən daha çox ümidli idik və zənn edirdik ki, bizə kömək göstərənlər tapılacaq.
Əfsuslar olsun ki, sponsor axtarışlarımız da faydasız oldu! Həmçinin bloglarda reklam xidməti də özünü aktiv şəkildə göstərmədi. Bu xidmətə də meyl edən dostlarımız tapılmadı. Onu qeyd edək ki, bu xidmətləri verməklə həm xidməti verən bizlər, həm də xidməti alan sizlər də faydalanmış olurduq.
Növbəti xidmətimiz isə ondan ibarətdir ki, əgər kimsə AzeriBlog saytına reklam müştərisi taparsa, tapan şəxsə reklam gəlirlərinin 20%-i veriləcəkdir.
Vurğulamaq istərdik ki, maddi çətinlik çəkməyimiz AzeriBlogda yeniliklərin səngiməsinə səbəb olacaqdır. Bu da heç kimə fayda gətirməz. Siz istifadəçilərimiz və ziyarətçilərimiz maraq və həvəs göstərsəniz həm siz qazanarsınız, həm AzəriBlog qazanar, həmçinin AzNetimiz qazanacaqdır!
Əziz istifadəçilər,
qeyd etdiyimiz kimi AzeriBlog İdarə Heyəti olaraq bütün bloglarda reklam bölməsini əlavə etdik. Bu blog sistemimizin daha da geniş inkişaf etdirilməsinə səbəb olacaq və yeni-yeni imkanların artırılmasına kömək edəcək. 120 x 240 piksel olçusundə reklam hər bir blogda sadəcə olaraq 120 saniyə görsənəcək, daha sonra qapanır. Ümidvarıq heç bir problem olmadan bizləri anlayışla qarşılayarsınız.
Başqa nə təklifiniz, iradınız varsa buyurub şərh vasitəsiylə çatdırın.
Uğurlar!
Əziz AzeriBlog sevərlər,Bildiyiniz kimi indiki zamanda internet sahəsi dünyada mubadilə olunan məlumatlar arasında çox böyük fəaliyyətə və gücə malikdir. İndi internet hər sahədə professional surətdə fəaliyət göstərir və dünyanin ən böyuk və keyfiyətli şirkətləri özlərini və öz xidmətlərini internet istifadəçilərinə tanıtdırmaq və yeni müştərilər tapmaq, muştərilərin sayını artırmaq üçün internetdə olan böyuk, keyfiyətli, tanınmış, məşhur və ən çox ziyarətçisi olan saytlarda reklam edirlər.
Davamı...
Əziz AzerBlog istifadəçiləri!
Artıq neçə aydır ki, saytımız heç bir sponsor və şirkətin dəstəyi olmadan öz fəaliyyətini göstərir. Saytımızın məqsədi və məramı Azərbaycan internet istifadəçilərinin sayını artırmaq, onlara pulsuz sayt yaratmaq imkanı yaratmaq, Azərbaycan internet məkanında ana dilli materialların, məlumatların sayını çoxaltmaq, həmçinin dilimizin inkişafına dəstək olmaq və bir çox xeyirli işlər olduğunu qeyd etmək bir daha yerinə düşərdi. Amma saytın hər ay maddi və texniki cəhətdən ödənməsi vacib olan məbləği var.
Bunun üçün hər bir AzeriBlog istifadəçisinin blogunda 120 x 240 reklam bölməsi yerləşdirmək qərarına gəldik. Ümidvarıq istifadəçilərimiz bizi anlayışla qəbul edər və öz dəstəklərini əsirgəməzlər. Onu da qeyd edək ki, saytın maddi çətinlikləri həll olunduqdan sonra bu reklam bölməsi ləğv olunacaq. Əgər sizlərində təklif, tənqid və ya məsləhətiniz varsa bizlərlə bölüşün.
Təşəkkürlər bizi seçdiyiniz üçün, uğurlar!